Icma.az
close
up
RU
Qalın buz qatının altında unikal ekosistem tapılıb

Qalın buz qatının altında unikal ekosistem tapılıb

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İtaliya Qütb Elmləri İnstitutunun alimləri araşdırmalar nəticəsində müasir dünya elmində böyük bir yenilik ediblər. Tədqiqatçılar Eniqma gölünün qalın buz təbəqəsinin altında milyonlarla illərdir ki, təcrid olunmuş unikal ekosistemi aşkara çıxarıblar.
Reyting.az
xəbər verir ki, yeni tədqiqatın nəticələri "Communications Earth & Environment" jurnalında dərc olunub.
Alimlərin fikrincə, Eniqma gölünü həm də milyon illərdən bəri məhv olmayan ekosistemin ən qədim və dəyərli tarixi, həmçinin həyat mənbəyi adlandırmaq olar.
Antarktidanın şimal ətəklərində yerləşən Eniqma gölünün demək olar ki, tamamilə donmuş olduğu düşünülürdü. Lakin yeni araşdırmalar göstərir ki, buz qatı altında -14°C ətrafında hələ də çox aktiv mikrob həyatı mövcuddur. Elm adamları hətta bu ekosistemin təxminən 14 milyon il əvvəl, getdikcə istiləşən iqlim dövründən sonra gölün donduğu zamandan formalaşmağa başladığını ehtimal edirlər.
Müasir Yer kürəsi, həmçinin alimlər üçün unikal hesab olunan mikrobları, eləcə də buranın qeyri-adi mühitini araşdırmağa başlayan tədqiqatçılar buz təbəqələrinin altından müxtəlif mikrob icmaları aşkara çıxarıblar. Onların bəziləri sıxılan xalçaya bənzəyir, digər fərqli olanları isə sanki kiçik ağacları xatırladır. Belələrinin hündürlüyü 40 santimetrə və diametri 60 santimetrə çatır, həmçinin onların çoxu belə ölçüdə strukturlar əmələ gətirib.

Alimlər bildiriblər ki, yeni kəşf edilmiş bu bakteriyalar fotosintezdən tutmuş, yırtıcılığa və eləcə də simbioza qədər mühüm ekoloji funksiyaları yerinə yetirirlər.
Tədqiqatlar zamanı məlum olub ki, çoxdandır buz bağlayan bu gölün suyunda qeyri-adi dərəcədə yüksək həll olunmuş oksigen var, lakin bunun özü də belə şərait üçün son dərəcə atipik sayılır.
"Communications Earth & Environment" elm jurnalında dərc edilən məqalədə qeyd olunur:
"Tipik olaraq, buzlu ekosistemlərdəki bu şəraitə uyğunlaşan bakteriyalar oksigen çatışmazlığı olan mühitlərdə yaşayırlar. Bu fakt isə bir daha orqanizmlərin ekstremal şəraitdə uyğunlaşması ilə bağlı alimlər üçün yeni suallar yaradır.
Ortaya çıxan daha bir maraqlı məqam isə "Biomu necə qorumaq olar?" sualını araşdırmaq, ətraflı cavab tapmaqdır.
Elmə məlumdur ki, əslində biom vahid təbii, həm də iqlim zonası daxilində ekosistemlərin məcmusu mənasına gələn anlayışdır. Lakin bəzi elm adamlarına görə, biom biosenozdan daha böyük biosistemdir, o cümlədən bir çox yaxından əlaqəli biosenozlar. Bütün irəli sürülən elmi nəzəriyyələr son olaraq bir daha ən çətin, hətta mümkün görünməyən şəraitdə, buzlaqların altında bakteriyaların həyat mənbəyini aradığını, özəl mühitə sığınmaqla, tamamilə məhvə uğramadıqlarını sübut edir".
Tədqiqatçı alimlərin sözlərinə görə, onlar qədim ekosistemi çirkləndirməmək üçün müasir və qabaqcıl qazma üsullarından uğurla istifadə ediblər. Qazmanın birinci mərhələsi ancaq elektrik qazma vasitəsi ilə həyata keçirilib, daha sonra isə termal başlıqlar və isti su istifadə edilib. Qazma üçün istifadə olunan həmin su tamamilə sterilizasiya edilmiş, həmçinin unikal bioma təsirini minimuma endirmək üçün gölün buzunun özündən alınmışdır.
Eniqma gölünün kəşfi ekstremal şəraitdə həyat haqqında anlayışı genişləndirir. Bunu elmdə yeni fəsil hesab edən alimlər bildirirlər ki, bu qədim tarixə malik gölün ekosistemi Antarktidadakı digər buzlaqlı göllərdən əsaslı şəkildə fərqlənir. Eniqma gölünün ətraflı tədqiq edilib öyrənilməsi planetin ən sərt guşələrində ilkin həyatın necə mövcud olduğunu anlamağa kömək edəcək.

Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri