Qalmaqallı kafe sakinləri ayağa qaldırdı VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin sakinləri yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən qanunsuz kafe ilə bağlı şikayətçi olublar. Sakinlərin bildirdiklərinə görə, obyekt ictimai asayişi pozur və məhəllədə yaşayan uşaqlar üçün yararsız mühit yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
Sakinlər bildirirlər ki, kafeyə gəlib-gedənlər gecə saatlarında səs-küy salırlar, bu isə ətrafda yaşayan insanları narahat edir.
Qonaqların söyüş söymələri və nalayiq davranışları məhəllə sakinləri tərəfindən ciddi narazılıqla qarşılanır. Məhəllədə yaşayan sakinlər obyektin birbaşa yaşayış evinin içərisində fəaliyyət göstərməsini tənqid edirlər.
Məsələ ilə bağlı kafe sahibi ilə söhbət zamanı o, şikayətləri rədd edib və jurnalistə kəskin reaksiya göstərərək: "O kadrı silin, kafeni bağlayıram" ifadəsini işlədib. O, heç bir qayda pozuntusuna yol vermədiyini iddia edib.
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan verilən məlumata görə, sözügedən kafenin artıq bağlandığı bildirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 28 İyun 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















