Qalstanyan hakimiyyətin ələ keçirilməsinə cəhddə şübhəli bilinir
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
Komitənin məlumatına görə, ölkədə hakimiyyətin qanuni yolla dəyişməsinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrından qeyri-qanuni fəaliyyətlərə hazırlaşmağa başlayıb.
Belə iddia edilir ki, arxiyepiskop bir sıra tərəfdarları ilə əlbir olaraq terror fəaliyyəti və hakimiyyətin ələ keçirilməsi kimi qiymətləndirilə biləcək şəraitin yaradılmasına hazırlıq görüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















