Icma.az
close
up
RU
Qalxanvari vəzi fəaliyyətinin artması və onun simptomları

Qalxanvari vəzi fəaliyyətinin artması və onun simptomları

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qalxanvari vəzi fəaliyyətinin artması tibbdə "tireotoksikoz" və ya "hipertireoz" adlandırılır.

Tireotoksikoz zamanı qalxavari vəzi orqanizmin normal fəaliyyəti üçün lazım olandan artıq miqdarlarda hormonları ifraz edir. Qalxanvari vəzi hormonları orqanizmdə gedən bir çox proseslərdə iştirak edir və bu səbəbdən vəzinin fəaliyyətində olan dəyişikliklər, təbii ki, orqanizmin bir çox orqan və sistemlərində pozulmalar yaradır.

Tireotoksikoz bu kimi əlamətlərlə özünü büruzə verir:

- Ürək döyüntüsünün tezləşməsi və arterial təzyiqin artması. Bir çox hallarda insan ürəyin qəfildən "dayanmasını", ürəyin gah tez-tez gah da yavaş-yavaş döyünməsini hiss edir. Ürək fəaliyyətində olan pozulmaları insan özü təyin edə bilər. Bunun üçün biləyinizdə nəbz tapın və 1 dəqiqə ərzində nəbzinizə diqqətlə nəzarət edin.

- Adətən tireotoksikoz zamanı insanın iştahası atmış olur. Məsələ burasındadır ki, qalxanvari vəzi hormonları mübadilə proseslərin tənzimlənməsində iştirak edir və bu hormonların qanda artması mübadilə prosesləri sürətləndirir. Nəticədə insan çox yeyir, lakin kökəlmir, əksinə tez arıqlayır. Çox nadir hallarda tireotoksikoz zamanı insanın çəkisi artır.

- Tireotoksikozu olan insan isti otaqda özünü pis hiss edir. Belə insar daim istilik hiss edir və daha sərin, hətta soyuq otaqlarda olmağa üstünlük verir. Tireotoksikozu olan insan üçün komfortlu olan otaq temperaturu sağlam insan üçün aşağıdır. Bunun səbəbi tireotoksikoz zamanı orqanizmdə termorequlyasiya (istiliyin tənzimi) prosesin pozulmasıdır. Bildiyimiz kimi, tireotoksikoz zamanı mübadilə prosesləri sürətlənir və bu zaman çoxlu istilik əmələ gəlir ki, bu istiliyi orqanizmdən xaric etmək üçün insan daha soyuq şərait seçir.

Məhz termorequlyasiya proseslərin pozulmasına görə tireotoksikozdan əziyyət çəkən insanlar tez-tez və güclü tərləyir. Tərləmə orqanizmimizin qoruyucu mexanizmidir ki, tərlədikdə bədən soyur.

- Tireotoksikoz zamanı xəstə sidik ifrazının artmasından və ishaldan əziyyət çəkir. Bəzən xəstə əvvəl qastroenteroloqa müraciət edir və müəyyən müddət ərzində uğursuz olaraq ishaldan müalicə alır.

- Bədənin titrəməsi də tireotoksikozun əsas əlamətlərdən biridir. Əvvəl bu titrəmə yalnız xəstənin əllərində hiss olunur. Xəstənin xətti pozulur, əyri olur. Xəstəlik inkişaf etdikcə titrəmə bütün bədənə yayılır.

- Bu pozulma zamanı insanın xasiyyəti də kəskin dəyişilir. İnsan əsəbi, ağlağan, qərarsız olur, tez özündən çıxır və hirslənir, səbəbsiz olaraq hər şeyə görə narahat olur, onun əhvalı tez-tez və səbəbsiz dəyişilir.

İnsanın yaddaşı və diqqəti pozulur. İnsan hər hansı diqqət tələb edən işlə məşğul ola bilmir.

- Xəstə yuxusuzluqdan əziyyət çəkir.

- Qadınlarda menstrual dövr pozulur. Menstruasiyalar qeyri-müntəzəm olur (bir ay olur, sonra 1-2 ay olmur və s.), bəzən hətta tam kəsilir (tibbdə buna "amenoreya" deyilir).

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri