Icma.az
close
up
RU
Qamət problemləri və müayinə müalicə proseslərində icbari tibbi sığortanın rolu

Qamət problemləri və müayinə müalicə proseslərində icbari tibbi sığortanın rolu

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Texnologiya və sağlamlıq: qamət problemləri niyə artır?

Müasir texnologiyalar həyatımıza rahatlıqla yanaşı, bir sıra sağlamlıq problemləri də gətirib. Kompüter, planşet və mobil telefonlardan intensiv istifadə insanların duruş və qamətində, onurğa sağlamlığında ciddi dəyişikliklərə səbəb olur. Qamət problemləri artıq təkcə yaşlı nəsil arasında deyil, gənclər və yeniyetmələr arasında da geniş yayılıb. Xüsusilə uzun müddət oturaq həyat tərzi keçirən, kompüter və telefon qarşısında saatlarla vaxt keçirən şəxslərdə qamət anomaliyaları, əzələ ağrıları, onurğa əyriliyi və hətta xroniki ağrılar baş verir.

Texnologiyanın qamətimizə təsiri

Araşdırmalar göstərir ki, gündə 6 saatdan artıq oturaq həyat tərzi keçirən şəxslərin əksəriyyəti müəyyən dərəcədə qamət problemi yaşayır. Kompüter qarşısında irəli əyilmiş vəziyyətdə oturmaq, telefon istifadəsi zamanı başın uzun müddət aşağı yönəlməsi və kürəyin bükülməsi nəticəsində boyun, kürək və bel nahiyələrində ağrı, əzələ gərginliyi yaranır. Belə vəziyyətlərdə uzun müddət qalmaq onurğa sütununa təzyiqi artırır, əzələlərdə gərginlik yaradır və nəticədə skolioz, kifozun artması, lordozun azalması kimi onurğa deformasiya riskləri artır. Uşaqlarda isə bu cür problemlər birbaşa skelet sisteminin inkişafına təsir edir. Onların skelet sistemi formalaşmaqda olduğu üçün yanlış duruş davamlı qamət pozuntusuna səbəb ola bilər.

Qamət problemlərinin əlamət və təhlükələri

Duruşla bağlı pozuntular təkcə estetik görünüşü deyil, həm də daxili orqanların fəaliyyətini mənfi təsirə məruz qoyur. Qamət pozuntusu nəticəsində kürəyin bükülməsi, çiyinlərin aşağı düşməsi, boyun və bel ağrıları, yorğunluq, halsızlıq, tənəffüs çətinliyi, yuxu problemləri, əhval-ruhiyyədə dəyişiklik, diqqət dağınıqlığı kimi əlamətlər özünü büruzə verir. Bu simptomlar kiçik görünə bilər, lakin zamanla xroniki ağrılar, onurğa deformasiya halları və əmək qabiliyyətinin azalması ilə nəticələnə bilər.

Müalicə və profilaktika: icbari tibbi sığorta rolu

Qamət problemlərinin müalicəsində və profilaktikasında fizioterapiya mühüm rol oynayır. Fizioterapiya əzələ gərginliyini azaltmaq, onurğa və əzələ sistemini gücləndirmək, bədəni bərpa etmək məqsədi daşıyır. Vaxtında həyata keçirilən müdaxilə gələcəkdə əməliyyat ehtiyacının qarşısını ala bilər.

İcbari tibbi sığorta fizioterapiya xidmətlərini vətəndaşlara əlçatan edir və onların həyat keyfiyyətini yüksəltməyə kömək edir. Xidmətlər Zərfinə 77 sayda fizioterapiya və reabilitasiya xidməti daxildir. Elektroterapiya, maqnit, lazer, dalğa terapiyaları, vannalar, masaj, müalicəvi bədən tərbiyəsi, reabilitasiya xidmətləri və digərləri icbari tibbi sığorta ilə qarşılanır. İcbari tibbi sığorta ilə fizioterapiya xidmətlərinə limit tətbiq olunur. Belə ki, vətəndaşlar il ərzində 30 dəfə tibb müəssisəsinə yaxınlaşıb, hər müraciətdə isə 3 fizioterapiya xidmətindən yararlana bilərlər. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları və mərkəzlərində icra olunur. Həmçinin qeyd edək ki, ixtisaslı həkim qəbulu, diaqnostika və fizioterapiya ilə yanaşı skolioz xəstəliyinin ağır mərhələlərində cərrahi əməliyyat da icbari tibbi sığorta hesabına qarşılanır.

Qamət problemləri ilə mübarizə üçün iş yerində fiziki aktivliyə və bir neçə sadə addıma da diqqət yetirmək lazımdır:

Düzgün oturuş vərdişi formalaşdırmaqEkran hündürlüyünü göz səviyyəsində saxlamaqHər 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etməkƏzələləri gücləndirən idmanlarla məşğul olmaq (pilates, yoga, üzgüçülük və s.) İxtisaslı həkimə və fizioterapiya xidmətlərinə vaxtında müraciət etmək

Texnologiya həyatımıza rahatlıq gətirməsi ilə yanaşı, sağlamlığımız üçün görünməz risklər yaradır. Onun yaratdığı sağlamlıq risklərinə qarşı maariflənmək və tədbir görmək vacibdir. Unutmayaq ki, düzgün qamət təkcə görünüş deyil, sağlam həyatın təməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:411
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri