Icma.az
close
up
RU
Bakıda tıxacların yaranma səbəbləri

Bakıda tıxacların yaranma səbəbləri

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hazırda paytaxtın əksər küçə və prospektlərində yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidə kameralarının görüntülərinə, aparılan təhlillərə əsasən buna səbəb kimi pik və qeyri-pik saatlarda bayramlarla əlaqədar şəhərin mərkəzi hissəsinə nəqliyyat vasitələrinin daha çox axın etməsi, bəzi ictimai-iaşə obyektlərinin, gül mağazalarının qarşısında, dayanma və durmanın qadağan edildiyi nişanın təsir zonasında avtomobillərin park edilməsi göstərilə bilər.
Yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması da bu səbəblər siyahısındadır. Qeyd edilən məlumatlar Mərkəzin əməkdaşları tərəfindən və xüsusi proqramlar əsasında aparılan təhlillərə və faktlara əsaslanır.
Pik saatlarda ötən ayın əvvəlindən bu günə qədər nəqliyyat vasitələrinin hərəkət sürətinin azalmasının müşahidə edildiyi yollar:
1. Səməd Vurğun küçəsi 45-dən 37-yə;
2. Rəşid Behbudov küçəsi 14-dən 12-yə;
3. Koroğlu Rəhimov küçəsi 11-dən 8-ə;
4. Bülbül prospekti 18-dən 15-ə;
5. 28 May küçəsi 12-dən 11-ə;
6. Zərifə Əliyeva küçəsi 23-dən 20-ə;
7. Ziya Bünyadov prospekti 49-dan 24-ə;
8. Tbilisi prospekti 17-dən 11-ə;
9. Neftçilər prospekti 30-dan 16-ya;
10. Heydər Əliyev prospekti(köməkçi yol) 18-dən 11-ə;
11. Qara Qarayev prospekti 43-dən 34-ə;
12. 8 noyabr prospekti 42-dən 26-ya
13. Babək prospekti 50-dən 40-a;
14. Yusif Səfərov küçəsi 46-dan 30-a;
15. Xətai prospekti 27 -dən 20-yə
"Bir daha bildirmək istəyirik ki, yollarda bu səbəblərdən bir avtomobilin yolun hərəkət zolağında park edilməsi və ya dayanması, nəqliyyat intensivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bu da mərkəzlə yanaşı, digər yollara da təsir edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat intensivliyini artırmaq üçün hazırda 40-dan çox küçə və prospektdə svetoforlara “yaşıl dalğa” əmri verilir, kamera görüntüləri əsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunması məqsədilə yol polisi ilə birgə tədbirlər görülür", - məlumatda qeyd olunub.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Mart 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri