Icma.az
close
up
RU
Qanın tərkibində qlükozanı necə azaltmaq olar? 5 VACİB QİDA MƏHSULU

Qanın tərkibində qlükozanı necə azaltmaq olar? 5 VACİB QİDA MƏHSULU

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Bir çox insanın qanının tərkibində qlükoza miqdarı yüksək olur. Amma bu miqdar şəkərli diabet kriteriyasına daxil edəcək səviyyədə yüksək olmur.

Bu vəziyyəti mütəxəssislər diabetdən öncəki vəziyyət adlandırırlar. Bu vəziyyət zamanı maddələr mübadiləsi pozulur və bu, metabolik sindrom adlanır. Bir çox hallarda isə bel bölgəsində artıq çəkinin yığılması, qanda xolesterin miqdarının artması və qan təzyiqinin yüksəlməsi ilə müşayət olunur.

Bu pozulmaların baş verməsinin təməlində insulrezistentlik vəziyyəti dayanır. Bu vəziyyət zamanı orqanizm toxumalarında insulinə qarşı toxunulmazlıq inkişaf edir və bu maddə mədəaltı vəzi tərəfindən ifraz edilir.  Amma mütəxəssislərin fikrinə görə, bu vəziyyətdən çıxmaq olar. Çünki əsas risk faktorları hərəkətsiz həyat tərzi və həddən artıq yağ qəbul etməkdir.

Həyat tərzini dəyişmək, fiziki aktivlik və sağlam qidalanma prinsiplərinə riayət etmək karbohidrat və yağ mübadiləsinə müsbət təsir edir. Yaxın perspektivdə isə qanın tərkibində xolesterin və qlükozanın azalması ilə nəticələnir. Bundan əlavə, qanda şəkərin miqdarını nəzarətdə saxlamağa kömək edən bir sıra qida məhsulları var:

Su

Şübhəsiz ki, susuzluq hiss edirsinizsə, su içməlisiniz. Zərərli qazlı, şəkərli, şirin meyvə şirələrindən fərqli olaraq təbii su susuzluğun qarşısını alır və artıq şəkəri sidik vasitəsilə böyrəklərdən ixrac edir. Sübut edilib ki, kifayət qədər su içməyən insanlarda hipertlikemiya, yəni qanda qlükoza miqdarının artması riski artır.

Sellüloz

Əriyən və əriməyən qida lifləri əsl super ərzaqdır. Bu maddə orqanizmdən artıq xolesterini ixrac etmək, bağırsağın fəaliyyətini yaxşılaşdırmaq və arıqlamağa kömək etmək kimi xüsusiyyətlərə malikdir. Bundan əlavə isə orqanizm tərəfindən karbohidrat və şəkərin sovrulmasını yavaşladır, bununla da qanda qlükoza miqdarının azalmasına müsbət təsir edir, ikinci tib diabet xəstəliyinin qarşısını alır. Bu məsələdə daha çox əriyən sellüloz daha effektivdir. Bu maddəni sitrus, yulaf və paxlalılardan, almadan əldə etmək olar.

Balıq

Balıq ərzaq məhsulu kimi qanda şəkərin miqdarına birbaaş təsir etmir. Amma balıq əla və yüksək keyfiyyətli zülal mənbəyidir. Zülal isə toxluq hissini artırır, karbohidrat qəbulunu azaldır. Bundan əlavə, yağlı dəniz balığı növlərinin tərkibində yüksək miqdarda doymamış yağ turşuları olur. Bu yağ turşuları isə xolesterini azaldır.

Göyərti

Göyərtiyə tələbat getdikcə artır. Müxtəlif növ göyərti məhsulları ilə yanaşı süfrələrin daimi "qonağı" ispanaqdır. Göyərtinin tərkibində qlikemik indeks aşağı miqdardadır, sellülozdan başqa yüksək miqdarda anti oksidant və maqnezium də var. Bu maddələr isə qanda şəkər miqdarını azaldır. Məsələn, müəyyən edilib ki, kifayət qədər maqnezium qəbul etməmək insulinrezistentliyi və ikinci tip diabet növü riskini artırır.

Qaragilə

Qaragilə və digər rəngli giləmeyvələr, meyvələr, məsələn, alma, portağal və böyürtkənin tərkibi antosianla zəngindir. Bu maddə müəyyən həzm fermentlərini bloklayır və karbohidratların sovrulmasını yavaşıdır. Eyni zamanda qanda şəkərin qəfil artmasının qarşısını alır. Eyni zamanda Böyük Britaniyada aparılmış genişmiqyaslı təcrübə zamanı müəyyən edilib ki,  tərkibində flavonoidlər və eyni zamanda antosianlar olan ərzaq məhsullarından istifadə etmək insulinrezistentliyin inkişaf riskini aşağı salır. Bundan əlavə, bu giləmeyvə və meyvələrin tərkibində artıq miqdarda şəkər yoxdur və kökəlməyə meylli olan insanlar üçün əla desert ola bilər. Həm də qidada karbohidratları məhdudlaşdırmaq üçün əla üsuldur.

Əgər həyat tərzini dəyişmək kifayət etmirsə nə etmək lazımdır? Təcili surətdə mütəxəssislərə müraciət edin. Belə olan halda mütəxəssislər sizə müəyyən müalicəvi dərman preparatları təyin edə bilərlər./Milli.Az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri