Icma.az
close
up
RU
Qanında qəhrəmanlıq daşımaq... Bir insanın həyatını qurtarmaq üçün bir miqdar qan yetər

Qanında qəhrəmanlıq daşımaq... Bir insanın həyatını qurtarmaq üçün bir miqdar qan yetər

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda müxtəlif zamanlarda qanvermə aksiyası keçirilir. Burada məqsəd insanlara könüllü şəkildə qan verərək həyat xilas etməkdir. Son illərdə ölkədə könüllü qan donorlarının sayında nəzərəçarpacaq artım qeydə alınıb.

Bu ilin ilk 9 ayı ərzində 100 minə yaxın şəxs könüllü qan verərək donor olub. Bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankı məlumat verib. Ümid edirik ki, bu donorlar neçə insan həyatını xilas edib. Biz bilirik ki, donor qanı əməliyyatlar zamanı, qan xəstəliklərində, doğuş və digər təcili tibbi vəziyyətlərdə istifadə olunur. Ona görə zənnimcə, qan donorluğu ilə bağlı dövlət səviyyəsində bir sıra təbliğatlar aparılmalıdır, çağırışlar edilməlidir. Bu cür aksiyalar cəmiyyət üçün həm sosial, həm də sağlamlıq baxımından son dərəcə vacibdir. Qan donorluğu ilə bağlı maarifləndirici kampaniya, həm cəmiyyətin sağlamlıq mədəniyyətini yüksəltmək, həm də qan ehtiyatlarını artırmaq baxımından həyati əhəmiyyət daşıyır.

Hər gün xəstəxanalarda yüzlərlə insan qan köçürülməsinə ehtiyac duyur. O insanların hər birinin ümid yeri sənin bir damla qanındır. Qan vermək donorun orqanizminə də xeyirdir. Qan vermək ürək və damar sağlamlığını qoruyaraq beyinə oksigen daşıyan qanın daha yaxşı axmasını təmin edir. Bu davranış insan üçün böyük əhəmiyyət kəsb edir. Çünki könüllü şəkildə qan bağışlayaraq insanların həyatına toxunursan və özünü də psixoloji cəhətdən yaxşı hiss edirsən. Odur ki, belə təşəbbüslərdə insanların iştirakı vacibdir.

Azərbaycanda qan donorluğu əsasən təmənnasızdır. Dövlət tibb müəssisələrinə verilən qan pulsuzdur. Ödəniş əsasında qan vermək qadağandır. Kim qan vermək istəyirsə və yaxud ehtiyacı varsa, ona yaxın olan qan bankına müəyyən şərtlər və qaydalar əsasında müraciət edə bilər.

Qeyd edim ki, 2024-cü ilin dekabr ayında Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən “Qanın qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) siyahısı” yenilənib.

Sən də bir insanın həyatını qurtar, qəhrəmanlardan biri ol.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri