Icma.az
close
up
RU
Qanlı və arzuolunmaz səhər: Kiyev xatirəsi..

Qanlı və arzuolunmaz səhər: Kiyev xatirəsi..

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mübariz Aslanov yazır...

Hər şey gözlənilməz olduğu qədər, həm də o qədər sürətlə baş verirdi ki, hadisələri dərk etmək olmurdu. Bəlkə də o an yeganə dərk edilən addımı, başını götürüb Kiyevdən canını qurtarmağa cəhd edən insanlar atırdılar.

Mənim isə yeganə görüb dərk etdiyim bir məqam idi: həmin ana qədər (2022-ci il fevralın sonu) bütün dünyanın axın edib gəlmək istədiyi Kiyev, bir anın içində çoxlarının tərk etməyə çalışdığı şəhərə çevrilmişdi.

Gözlənilməyən partlayışlar, təxribatlar, lokal toqquşmalar, raket zərbələri və sair 3 gün əvvələ qədər dünyanın turistik şəhəri olan Ukrayna paytaxtının gündəlik həyat tərzinə çevrilmişdi. Baş verənlərin ardıcıllığını izləmək, prosesin nəbzini tutmaq olmurdu.

Uzun sözün qısası, sürətlə Kiyevə yaxınlaşan Rusiya ordusu, cəmi bir həftəyə şəhəri qərbdən, şimaldan və şərqdən mühasirəyə almışdı. Yalnız cənub - "Odessa yolu" adlanan Belaya Serkov istiqaməti dar zolaq kimi açıq qalmışdı. Şəhərdə qalanlardan çıxmaq istəyənlər ya bu yoldan, ya da nizamsız və nagüman dəmir yolu qatarlarından istifadə edirdilər.

Şəhər əsasən boş küçələrdən, küçəbaşı blok-postlardan, bir də yanında "Molotov kokteyli" yığılmış rezin təkər qalaqlarından ibarət idi. Şəhərə girə biləcək işğalçı orduya qarşı istifadə etmək üçün... Blok-postlarda əsasən könüllü döyüşçülər dayanırdılar.

Nəqliyyat sistemi dayanmış, hətta küçələrdə avtobuslar, tramvay və trolleybuslar elə yoldaca tərk edilmişdi. Onların çoxundan şəhərin həlledici yerlərində istehkam kimi küçə döyüşlərinə hazırlıq üçün istifadə olunurdu.

Bütün tanıdığım həmyerlilərim paytaxtdan getmişdilər. Tək qalmışdım. Ya nə baş verdiyini tam anlaya bilmirdim, ya da jurnalistika marağı, peşə instinkti ilə çəkilişlərimə davam edirdim. Piyada, blok-postlarda böyük risklərlə üzləşərək. Məsələn, martın 4-də yaşadığım yerdən Türkiyə səfirliyinin qarşısına 8 kilometrlik yolu piyada gedərək, 14 blok-postdan keçdim. Hətta Peçerskiyə yaxınlaşanda qəflətən 100-150 metrlikdə qabağıma boş küçəyə haradansa "Molotov kokteyli" atdılar. Alov yarandı. Postlara da yaxınlaşan kimi postdakıların bağırmasına adekvat reaksiya kimi yerə uzanırdım. Yaxınlaşıb yoxlayırdılar, sonra buraxırdılar. Yerli dildə ləhcə ilə danışmağımı da nəzərə alsaq, təxribat şübhəlisi kimi dərhal güllələmək onlar üçün heç nə idi..

Dinamika artır, Rusiya ordusu şəhərə yaxınlaşır, diversiya döyüşləri şəhərin istənilən yerində adi hal alırdı. Bütün bunlar işimi və hərəkətimi çətinləşdirirdi. Artıq Kiyevin "Qələbə" prospekti və ya Obolon rayonunda hər gün Rusiya ordusunun uniformasında peyda olan əsgərlərlə küçə qırğınları baş verirdi.

Bu ərəfədə Kiyevi tərk edib Avropada yerləşən bir həmyerlim diaspor nümayəndəsinin vasitəçiliyi ilə onun paytaxtda qalan Oleq adlı dostu ilə tanış oldum. Keçmiş biznesmen idi, şəhərin könüllü müdafiəsinə qoşulmuşdu. Daha doğrusu, "bronijilet" (zirehli jilet) axtarışı ilə tapdığım bu yoldaş, gözləmədiyim halda onu mənə ödənişli və hətta elə yüksək qiymətə dedi ki, axtardığımdan vaz keçib, ondan heç olmasa nəqliyyat məsələsində yardımçı olmağı xahiş etdim. Məni Viktor adlı gənc bir könüllü ilə tanış etdi. Ondan fərqli olaraq, Viktor qonaqpərvər çıxdı. Əmin etdi ki, narahat olmayım, nə vaxt maşın lazım olsa, xəbər edim. Vaxt itirməyib, ondan ertəsi günü Kiyevdən şimalda İrpen istiqamətində (İrpenin yarısı artıq Rusiya ordusunun nəzarətində idi) götürməyi və bir günlük oradakı insanların təxliyəsini çəkməyə kömək etməyi xahiş etdim. Dərhal razılaşıb, səhəri gün məni götürdü. Özü ilə yemək də gətirmişdi. Çünki artıq ikinci həftə idi Kiyevdə ərzaq dükanlarının tam əksəriyyəti işləmirdi.

İrpenə yaxınlaşanda qızğın atışma vaxtı idi. Günorta olmasına baxmayaraq, top yağışları Kiyev və İrpen arasında tüğyan edirdi. Bir neçə mülki maşının yaxınlıqdakı qəsəbəyə girməsini görüb, ona ara sakitləşənə qədər onların ardınca ora getməyə israr etdim. Həm də orada qalan əhali barədə çəkiliş fürsətini qaçırmamağı düşündüm. Razılaşdı və o tərəfə burulduq. Tələsdirməyimə baxmayaraq, bir mülki "cip"i qabağa buraxıb, ardınca yola düşdük. Bir az getmişdik, Viktor anidən maşını saxladı və israrla geriyə - Kiyevə qayıtmağı təklif etdi.

"Bu qəsəbədən gözüm su içmir. Özü də təmas xəttindən cəmi bir neçə kilometrlikdədir. Kiyevdə belə diversantlar tüğyan edir, bir düşün, burada nələr ola bilər?! Yox, qayıdırıq. Sənin həyatını bu qədər riskə ata bilmərəm, bir-iki videoya görə..." - deyə, israr edən Viktorla mübahisəyə girişmək istəyirdim ki, qəfil qarşıda qulaqbatıran partlayış oldu. Bizdən qabaqdakı "cip" təxminən 700-800 metrlik məsafədə partlayışla yox oldu. Ya minaya düşdü, ya da haradansa vurdular. Viktor özünü itirmədən sürətlə maşını çevirib, Kiyevə doğru sürət götürdü. Hadisəni çəkməyə imkan da vermədi. Yolboyu partlayışın təlaşı altında yeganə düşünə bildiyim o oldu ki, Viktor məni dinləyib o "cip"i qabağa buraxmasaydı, indi onun yerində biz idik...

Bu, valideynlərimdən sonra ilk dəfə idi iki, həyatımı kiməsə borclu idim...

Kiyevə çatıb, yaşadığım evdə onun gətirdiyi ərzaqdan süfrə açıb yedik, söhbətləşdik. İxtisasca aqronomdur. Müharibəyə qədər ərzaq şirkətində çalışıb. 26 yaşı var. Arzusu münbit torpaqla zəngin olan ölkəsində aqroşirkət yaratmaqdır. Sağollaşıb ayrılanda uzaq məsafəyə nə vaxt maşın lazım olsa, xəbər etməyimi israrla tapşırdı.

Təxminən 2 gün keçdi. Bu günləri Kiyevin özündə hadisələri çəkməyə başım qarışdı. Bu ərəfədə şəhərin könüllü batalyonlarından biri ilə tanış olmuşdum. Buranın baş "starşinası" Petronun ana babası azərbaycanlı olub. Bəlkə də buna görə münasibətimiz daha isti alınmışdı. Növbəti gecənin erkən səhəri, Petro mənə zəng edib, hövlnak - "Qələbə" prospektinin mərkəzə yaxın körpünün altında qanlı atışma olub. Yəqin diversantlarla "görüş"dür. Çəkmək istəyirsənsə, gəlim götürüm, gedək..." - təklifini axıra kimi dinləməyib, ora çıxmaq üçün onu artıq gözlədiyimi bildirdim.

Yarım saat sonra artıq oradaydıq. Bura Kiyevin mərkəzinə yaxın prospektin dərin körpüsünün qoşa yolla kəsişdiyi yerdir. Ətraf partladılmış bir neçə mülki avtomobil, qan izləri və təcili yardım maşınları ilə dolu idi. Təcili yardım maşınına yaxınlaşıb meyitlərin çəkilişi üçün icazə istəyirdim ki, həkim qadının sərt etirazını eşitməyə macal tapmamış meyitlərdən birinin üzü məni vahimələndirdi. Bu, Viktor idi... Boğazı və sinəsi güllə deşikləri idi. Əvvəlcə inanmadım, fikirləşdim, oxşarı olar. Petronun dəstəyi ilə həkimlərdən adı və 2 gün əvvəl gördüyüm pasportu ilə o olduğu təsdiqləndi. Çox ağrılı idi...

Gecə Viktor və bir neçə könüllü Jitomir istiqamətindən şəhərə qayıdan zaman (komendant saatında icazəli olublar) bu hissədə milli qvardiyanın əsgərləri ilə qarşılaşıblar. Bir-birilərini eşitməməkləri və ya təşviş səbəbindən, bunların dviersant olduğunu zənn edib, atəşə tutublar... Nəticədə hamısı həlak olub... Bu, ən arzuolunmaz səhər idi bəlkə də...

Yaşadığım müddətdə nə qədər adamın mənə borclu olub-olmadığını bilmirəm. Hesabını aparmıram. Amma müharibə və xaosun ən arzuolunmaz bir tərəfi də odur ki, borclandığın insanları çox tez itirə bilərsən...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri