Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

“Qanun naminə” filmindəki Mehman atamın real həyatdakı obrazıdır” Gəncə prokurorunun qızı FOTO+ÖZƏL

“Qanun naminə” filmindəki Mehman atamın real həyatdakı obrazıdır” Gəncə prokurorunun qızı FOTO+ÖZƏL

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən Gəncə şəhərində, ziyalı ailəsində dünyaya göz açmışam. Gəncə şəhərinin baş prokuroru Xəlil Ələkbərovun qızıyam. Atam uzun illər Ulu Öndər Heydər Əliyevin dövlətə rəhbərlik etdiyi dövrdə çalışıb. Heydər Əliyev onu çağırırdı, tapşırıqlar verirdi. Anam professor, doktor Sürəyya Həsənova uşaq poliklinikasının baş həkimi olub. “Qanun naminə” yaxud da “Mehman” filmindəki Mehman obrazının prototipi atam olub. Şahmar Ələkbərovun bizə qohumluğu çatırdı. Onun vasitəçiliyi ilə gəlmişdilər bizə, atamla məsləhət, uzun-uzadı söhbətlər edirdilər. Atam da onlara hər şeyi izah edirdi. Film belə ərsəyə gəldi. Atam ziyalı insan idi. Sovet hakimiyyəti qurulanda gənc prokurorları rayonlara göndərirdilər. Onlar orada çalışıb, ziyalı insanlarla əlaqə qururdular. Atam da bir neçə yerdə çalışıb. Fəxr edirəm ki, belə bir kişinin qızıyam”.

Bunu Moderator.az-a açıqlamasında Gəncə ziyalısı, bəstəkar Dilbər Ələkbərova deyib. O daha sonra əlavə edib:

“Atamla anam yaşlaşandan sonra efir qarşısında oturub “Mehman” filminə baxırdılar. Əlbəttə ki, atam tənqidi yanaşırdı. Deyirdi ki, “mən filan hadisəni başqa cür danışmışdım, onlar tam başqa cür çəkdilər”. O vaxt axı hər şeyi olduğu kimi çəkib göstərə bilməzdilər. Bizim evdə çox görkəmli, ziyalı aktyorlar qonaq olublar. Teatr rejissorları, aktyorları-Lütfəli Abdullayevin bizdə olduğunu xatırlayıram. Mən balaca idim, anam deyirdi ki, “Diliçka, səs etmə, qulaq as gör insanlar nə danışırlar?”.4-5 yaşım olardı. Gəlib musiqiyə qulaq asırdılar. Atam 7 dil bilirdi. Çox ziyalı insan idi. İncəsənət adamlarını çox sevirdi. Atamla anam müharibədə tanış olublar. Anam o vaxt müharibə dövründə hərbi həkim olub. Anam atamı o qədər çox sevirdi ki, onu dəhşətli dərəcədə qısqanırdı. Romeo və Cülyetta onların yanında yalan idi. Mən gözümü açıb evdə bunu görmüşəm ki, atam anamın alnından, gözlərindən, əllərindən necə öpür. Anama “xanım” deyə müraciət edirdi. Bizim evə bir dəfə Şövkət Ələkbərova qonaq gəlmişdi. Anam atamı o dərəcədə qısqandı ki.. Amma anam Şövkət xanım üçün necə lazımdırsa süfrə açmışdı. Şövkət Ələkbərova gedəndən sonra anam ağladı. Atama dedi ki, “Nə olsun ki, mən xalq artisti deyiləm, heç mənimlə belə danışmırsan”. Çox ağladı. Atam da dedi ki, “Şövkət xanımın baş tacımızdır, mən ona ata münasibəti göstərdim”. Atam dünyasını dəyişəndə anam dedi ki, “mən həyata nöqtəni qoydum, yaşamaq istəmirəm”. Nə qədər qabağına yemək qoyduq yemədi. İmtina etdi. Mən həyatda belə sevgi görməmişəm. Mən ağlayırdım, həkimləri gətirirdim, həkimlər deyirdilər ki, “o özü yaşamaq istəmir” deyə o bildirib.

Dilbər Ələkbərova deyir ki, hazırda yaşadığı evin tarixi də qədimdir. Bundan əlavə də onun kökləri bəy nəslinə gedib çıxır:

“Babam deputat olub. Ulu babalarımız da bəy nəslindən olublar. Köklərimiz gedib lap uzaqlara çıxır. Ötən il oturmuşdum evdə, fikrimdə də musiqi idi. O gecə də atamı yuxuda görmüşdüm. Yuxuda mənə demişdi ki, “qızım, səninlə fəxr edirəm”. Natiqə dedim ki, bu nədir? Dedi ki, “bu səsdir, işarədir”. Dialoqumuzun üstündən 10 dəqiqə keçmədi heç. Bir də gördük ki, 3 qadın gəlib, soruşurlar ki, Xəlil bəyin evi buradır? Balkonu görən kimi başladılar ağlamağa.. Hiss etdilər ki, bu ev onlara doğmadır. Soruşduq ki, “niyə ağlayırsınız?”. Dedilər ki, “bu ev bizim ulu babalarımızındır, biz Bakıdan xüsusi bu ev üçün gəlmişik”. Oturdular balkonda, çay içdilər, xatirələri yada saldılar. Mən çox istərdim ki, onlar bir dəfə də bura gəlsinlər. Atamın ruhu hər zaman mənimlədir. Sankı bu evdə dolaşır. Mən evə yeni nəsə alanda, evdə dəyişiklik edəndə yaxud da bir problemim olanda atamı yuxuda görürəm” deyə o bildirib.

Dilbər Ələkbərova deyir ki, atasının incəsənətə olan həvəsi ona da keçib:

“Mən Qəmbər Hüseynli adına musiqi texnikomunu bitirmişəm. İndi kollec deyirlər. O vaxt atam aparmışdı məni ora. Müəllimlərim çox güclü idi. Uşaqlıqdan da mahnı bəstələyirdim. İstedad bir yerdə dayanmır. Fortepianoda ifa etməyi də öyrəndim. Bu gün də mahnılar yazıram, bəstələyirəm. Atam məni hər şeylə təmin edib. “Mənim qızım kı, var o da anamla eyni xasiyyətdədir. Məni hamıya qısqanır. Məktəbin konsertlərində ifa edirdim, başlayırdı ağlamağa. Qızıma görə bir az uzaqlaşdım, amma evdə ifa edirəm, mahnılar yazıram. Elza İbrahimova, Arif Məlikov kimi bəstəkarlar mənə qiymət veriblər. Hətta Arif Məlikov demişdi ki, “bu qızı konservatoriyaya qoyun, qoy təhsil alsın”. Çox istərdim ki, mahnılarımı müğənnilər ifa etsinlər. Bəzi  mahnılarımı, kompozisiyalarımı yutuba yükləmişəm. Hətta Türkiyədə mollardan birində mahnımı səsləndirirdilər. Soruşdum ki, bunu hardan tapmısız? Dedilər ki, yutubdan götürmüşük. Mənim kompozisiyalarımı filmlərdə, tamaşalarda daha gözəl istifadə etmək olar. Bütün əsərlərimə ürək qoyuram” deyə Dilbər Ələkbərova bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri