Qanuna dəyişiklik edildi: Bu hərbçilər cəzalardan azad edilir
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"Hərbiyə aid olan intizam nizamnaməsinə bütün cəza növləri daxildir. Həmin nimzamnaməyə əsasən miçmanlara, gizirlərə, zabitlərə həbs cəzası nəzərdə tutulmuşdu. Bir neçə il bundan öncəyə qədər əsgərdən tutmuş polkovnik-leytenant rütbəsinə qədər cəzalar məhkəmənin qərarına əsasən həyata keçirildi. İndi isə miçman, gizir və zabit heyəti üçün cəzalar ümumiyyətlə ləğv edilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.
O bildirib ki, intizam nizamnaməsində göstərilən cəzalar Sovet dövründən qalma idi:
"Biz artıq suveren dövlətik. Mentalitetimizə uyğun yeni nizamnamə hazırlanmalıdır. Qanunlarda dəyişikliklər olunur, bütün proseslər hissə-hissə həyata keçirilir. Biz artıq ordumuzda türk modelinə keçmişik. Həmin modeldə intizam xarakterli cəzalar yoxdur, yalnız rütbəsindən asılı olmayaraq cinayət törədən hərbçilər həbs edilirlər.
Elə NATO dövlətləri var ki, əsgərlərə belə inzibati cəza yoxdur. Bu qərar komandir heyətinin nüfuzunun qalxmasına kömək edə biləcək düzgün qərardır".
Qeyd edək ki, yeni dəyişikliyə əsasən, gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunub.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:91
Bu xəbər 11 İyun 2025 13:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları