Qanunsuz arıqlama çayları satan həkim dietoloqlar İFŞA OLUNDU
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sosial platformalar üzərindən həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsulları aşkarlanıb.
Bu barədə Lent.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, baxış zamanı məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib.
Məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, məhsulun tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb. Həmçinin məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə olunduğu barədə məlumatların yerləşdirildiyi və müvafiq icazə sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb.
Həsənova Günay Abas qızı və Mehtizadə Çiçək Alı qızı izahatlarında qeyd olunan çayları müxtəlif apteklərdən əldə edərək təbii otlardan hazırladıqlarını və məhsulları ev şəraitində qablaşdırıb hər hansı icazə sənədi olmadan “Instagram” hesabları (“tea_by_gunay”, “healthby_mehtizadeh”) vasitəsilə onlayn satdıqlarını bildirib. Araşdırma zamanı sözügedən şəxslərin sosial media hesablarında özlərini “həkim-diyetoloq” kimi təqdim etdikləri də müəyyən edilib.
Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Eyni zamanda, qanunsuz sahibkarlıq fəaliyyəti və tibbi fəaliyyətlə bağlı aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər göndərilib.
AQTA bir daha istehlakçılara sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə satılan, xüsusilə arıqlama məqsədilə istifadə olunan məhsulları alarkən diqqətli olmağı tövsiyə edir. Belə məhsullar alınarkən onların etiket məlumatlarının tamlığına, istehsalçı və məhsulun tərkibi barədə məlumatların mövcudluğuna, eləcə də satışının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyinə diqqət yetirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Sentyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















