Icma.az
close
up
RU
Qanunsuz cərimə yazıldığını iddia edən Goranboy sakinindən nazirə MÜRACİƏT FOTO

Qanunsuz cərimə yazıldığını iddia edən Goranboy sakinindən nazirə MÜRACİƏT FOTO

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboy rayonu, Kələk kənd sakini, anadangəlmə ürək qüsurlusu olan II qrup əlil Məmmədov Razi Nizami oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

"Cənab Nazir!

Mən, II qrup əlil Məmmədov Razi Nizami oğlu, əslində, bu müraciətim üçün özüm də utanıram. Amma kimlər üçünsə böyük olmayan bu məbləğ mənim 2-3 dərmanımın puludur. Çarəsiz qalaraq Sizə müraciət ünvanlayıram. Belə bir problemlə vaxtınızı aldığım üçün Sizdən üzr istəyirəm.

Qeyd edim ki, 03.02.2025-ci il tarixində telefonuma bir mesaj gəldi. Mesajda mənə Daxili İşlər Nazirliyi tərəfindən 100 manat cərimə yazıldığı bildirilirdi. Səbəb isə, guya, mən əlvan metal alqı-satqısı ilə məşğulam.

Cənab Nazir!

Mən yataq xəstəsiyəm, heç bir adam belə, məni metal alqı-satqısı ilə məşğul olanda görə bilməz.

Mesajı oxuyandan sonra dərhal DİN-in 102 qaynar xəttinə zəng vurub, məlumat vermişəm. Müraciətimdən sonra sahə rəisi evimə gəlib, başıma gələnləri soruşdu. Hamısını olduğu göstərib, vəziyyəti izah etdim. Sağ olsun, o da mənə dedi ki, Razi, narahat olma, çalışıb bu məsələni yoluna qoyacam. Daha sonra isə özü də təəssüf edərək bildirdi ki, əslində, bu işin həlli yolu məhkəmədir.

Cənab Nazir!

Mənim məhkəmə rüsumu ödəməyə və vəkil tutmağa pulum olsaydı, elə bu cəriməni ödəyərdim. Cərimə 100 manatdır, amma məhkəmə rüsumu və vəkil ödənişi birlikdə 300 manat pul edir.

Mən Sizdən vətəndaş kimi xahiş edirəm, bu cərimənin məhkəməsiz araşdırılıb, haqq yerini tapması üçün göstəriş verəsiniz. Qorxuram ki, pensiyamdan çıxalar. İnanın, bu zaman mən dərman üçün borclu olduğum şəxslərin yanında yalançı durumuna düşərəm.

Sizdən çox xahiş edirəm, cərimənin üzərimdən silinməsi üçün göstəriş verəsiniz". 

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri