Icma.az
close
up
RU
“Qanunsuz tikililərin leqallaşdırılması ehtiyatla aparılmalıdır” Mikayıl Cabbarov

“Qanunsuz tikililərin leqallaşdırılması ehtiyatla aparılmalıdır” Mikayıl Cabbarov

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2003-cü ildən etibarən Azərbaycanda yeni mərhələ başladı. Ölkə iqtisadiyyatı stabilləşdi, çadır düşərgələri mərhələli şəkildə ləğv olundu və dövlət həm məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, həm də qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələlərin həlli istiqamətində addımlar atmağa başladı".

Moderator.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi” sessiyasında bildirib.

Nazir vurğulayıb ki, 2020-ci ildən sonra isə “Böyük Qayıdış” mərhələsi başladı. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir və insanlar uzun illərdən sonra öz doğma torpaqlarına qayıdırlar.

Bu prosesdən çıxardığımız əsas nəticələrdən biri odur ki, problemi ilk növbədə qəbul etmək və onu düzgün müəyyənləşdirmək lazımdır. Səhiyyə, təhsil, qeyri-rəsmi iqtisadiyyat və sosial müdafiə kimi məsələlər bu problemin əsas tərkib hissələridir.

Biz hesab edirik ki, özəl sektorun bu prosesə cəlb olunması özünü doğruldan yanaşmalardan biri olub. Xüsusilə Azərbaycanda çoxmənzilli binaların inşası və yaşayış siyasəti ilə bağlı həyata keçirilən layihələr müəyyən müsbət nəticələr verib.

Leqallaşma məsələsinə ehtiyatla yanaşmaq vacibdir. Burada balans qorunmalıdır — bir tərəfdən vətəndaşların hüquqları təmin edilməli, digər tərəfdən isə təhlükəsizlik, şəhərsalma və infrastruktur məsələləri nəzərə alınmalıdır”, - M.Cabbarov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 May 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri