Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Qanunvericilik müstəvisində heyvanlarla rəhmsiz rəftar edilməsinə qarşı mübarizə

Qanunvericilik müstəvisində heyvanlarla rəhmsiz rəftar edilməsinə qarşı mübarizə

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Heyvanlarla rəhmsiz rəftar edilməsi təkcə hüquqi və etik deyil, həm də insani bir məsələdir. Təəssüf ki, hər gün dünya üzərində milyonlarla heyvan insanların qeyri-insani davranışlarına məruz qalır. Bir sıra ölkələrdə bu cür davranışlar artıq qanunla qadağan edilsə də, bəzi yerlərdə hələ də bu məsələnin üzərindən sükutla keçilir”.

Bunu Moderator.az-a hüquqşünas Yunis Xəlilov  deyib.

Onun sözlərinə görə,heyvanlar təbiətin bizə bəxş etdiyi ən qiymətli varlıqlardır, lakin son dövrlərdə onlara qarşı zorakılıq və təhqir cəmiyyətdə geniş yayılmaqdadır:

“Dünya ölkələrinin qanunvericiliyinə nəzər saldıqda, aydın görmək olar ki, sözgedən məsələyə qarşı mübarizə gün keçdikcə daha da aktuallaşmağa başlayır. Düzdür, əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində heyvanlar hüquq subyektləri kimi tanınmırlar. Bu o deməkdir ki, dünya təcrübəsində heyvanlara qarşı olan davranışlar əksər hallarda mülkiyyət hüquqları çərçivəsində tənzimlənir. Yəni heyvanlar hüquqi olaraq insanlarla bərabər hüquqlara sahib deyillər, lakin onların qorunması və rifahı ilə bağlı qaydalar mövcuddur.

Müəyyən ölkələrdə heyvanlara qarşı zorakılığa görə cəzalar arasında maddi cərimələr, azadlıqdan məhrum etmə cəzaları və hətta müəyyən hallarda heyvanlara qarşı zorakılıq edən şəxslərin ömürlük heyvan saxlamaq hüququndan məhrum edilməsi kimi tədbirlər yer alır. Ümumiyyətlə, bu cür qanunlar hər bir halda heyvanları qorumağa və onların rifahını təmin etməyə yönəlib. Bir çox ölkələrdə hətta bu qanunların tətbiqini həyata keçirən xüsusi orqanlar (məsələn, heyvanları qoruma təşkilatları, yerli polis və s.) vardır. Onlar həm də ictimaiyyəti bu sahədə maarifləndirmə məqsədilə fəaliyyət göstərirlər. Məsələn, Almaniya heyvanların qorunmasına dair çox ciddi qanunlar qəbul etmişdir. Hətta 2002-ci ildən etibarən Almaniya Əsas Qanununa heyvanların rifahı və qorunması ilə bağlı xüsusi maddə daxil edilib. Belə ki, əsas Qanunun 20a maddəsində deyilir: “Gələcək nəsillərə qarşı öz məsuliyyətini də nəzərə alaraq, dövlət təbiətin və heyvanların həyat təmələlərini qanunvericiliklə qoruyacaq və hüquq və ədalətə uyğun olaraq icra və məhkəmə tədbirləri ilə bu məqsədi həyata keçirəcək, bütün bunlar konstitusiyaya uyğun olaraq gerçəkləşəcəkdir”.

Almaniyada heyvanlar hüquqi şəxs kimi qəbul edilməsələr də, göründüyü kimi onlara qarşı zorakılıq qadağandır. Ölkədə heyvanlara qarşı zorakılığa görə cərimə və hətta həbs inzibati tənbeh tədbirləri tətbiq olunur”.

Hüquqşünas onu da əlavə edib ki, Böyük Britaniyada, xüsusilə İngiltərədə və Uelsdə 2006-cı ildə “Animal Welfare Act” (“Heyvanların Rifahı Qanunu”) adlı qanun qəbul edilib:

 “Bu qanun heyvanlara qarşı zorakılığa görə cəzalar (cərimələr, həbs, və s.) nəzərdə tutur. Qanunda həmçinin heyvanların saxlanması, qidalanması və qulluq edilməsi ilə bağlı qaydalar vardır. 

ABŞ-da heyvanların qorunmasına dair bir çox federal və ştat qanunları mövcuddur. Ölkədə "Animal Welfare Act" (1966) adlı qanun xüsusilə heyvanların tədqiqatlarda istifadə edilməsi ilə bağlı tələbləri və onları qorumağa yönəlmiş hüquqi qaydaları nizama salır. Heyvanların təhqir edilməsi və ya zərər görməsi, müxtəlif ştatlarda çox ciddi şəkildə cəzalandırılır. 

Avstraliyada isə ölkənin hər bir əyaləti və ərazisi özünün heyvan rifahı ilə bağlı qanunlarını tətbiq edir. Məsələn, Yeni Cənubi Uels əyalətində "Prevention of Cruelty to Animals Act" qüvvədədir və bu qanun heyvanların zorakılığa qarşı qorunmasını nəzərdə tutur. Avstraliyada heyvanlara qarşı zorakılıq edənlərə qarşı cərimələr, həbs tənbehi və ya işdən çıxarılma kimi tədbirlər tətbiq olunur”.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsinə görə heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə bunu törədənlər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Adı çəkilən məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə buna yol verənlər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Həmin məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur”,- deyə hüquqşünas şərh edib.

Y.Xəlilov onu da əlavə edib ki,  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-1-ci maddəsinə əsasən isə heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, sonda onu deyə bilərik ki, heyvanlarla rəhmsiz rəftarın qarşısını almaq insanın təbiətə və digər canlılara qarşı məsuliyyətini dərk etməsini şərtləndirir. Bu, həm hüquqi, həm də əxlaqi bir məsələ olaraq gələcək nəsillərə daha şəfqətli və ədalətli bir dünyanı miras qoymağın əsasını təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri