Qapımız hər kəsin üzünə açıqdır Nazirdən bəzi liderlərin COP29a qatılmamasına MÜNASİBƏT
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“İndiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP-da iştirak edib”.
Bakıvaxtı.az xəbər verir ki. bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, Konvensiyaya üzv olan 198 tərəf var:
“198 tərəfdən demək olar ki, hamısının – bir-iki istisnanı çıxmaq şərtilə onların hamısının nümayəndə heyətləri Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar”.
Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə, C.Bayramov vurğulayıb ki, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır:
“Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Ancaq kiminsə iqlim mövzusu kimi vacib bir mövzu ilə gəlib burada özü iştirak edərək mesajlar verməsi və yaxud öz gündəliyində önəmli mövzulara vaxt sərf etməsi onların öz qərarlarıdır. Biz Konfransın uğuruna köklənməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 15 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















