Icma.az
close
up
RU
Qar təmizliyi ilə isinmək olar

Qar təmizliyi ilə isinmək olar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Qış yarı olmağa lap az qaldı. Böyük çillə ömrünü bitirdi, Kiçik çillə də fevralın 20-də sonlanacaq – necə deyərlər, ömrü az, qabağı yazdı. Sonra da cərşənbələri sayacağıq... Şəbi-yeldadan başlayaraq gündüzün uzanması da bizim yaza qovuşmaq həsrətimizi qısaldır. İki-üç həftədən sonra yazın nəfəsi duyulmağa başlayacaq. Bir də görəcəyik ki, baharın müjdəçisi Novruzgülü qar altından baş qaldırıb....

Adətən Böyük çillədə, az olsa da, arana nübar qar (dağlara, çox olmasa da, yağıb) düşər və tezliklə əriyib gedərdi. Təəssüf ki, bu il belə olmadı. Uşaq da, böyük də gözləyə-gözləyə qaldı. Yalançı saytların qurama proqnozları (yazırdılar ki, son yüz ilin ən sərt qışı gəlir. Sinoptikləri də geridə qoymuşdular. Yəqin ki, bunun arxasında nəyinsə reklamı dururdu.) tezliklə “əriyib” getdi, qar çöllərə-düzlərə yox, əkinçinin ümidlərinə yağdı. (İnsan ömrü də belədi, bəzən ən böyük arzuları gözləməkdən saralıb-solur. Bir də onda ayılır ki, daha nə yaş o yaşdı, nə baş o baş. Bu da bir alın yazısıdı, neyləyək).

Fikir yenə çəkdi məni ömrə-günə, mətləbdən uzaqlaşdıq. Hə, əzizlərim, qarın vaxtında-vədəsində yağması çox vacibdir. Bunu dədə-babalarımız illərlə yoxlayıblar və bu nəticəyə gəliblər ki, ilin xoş gəlişi, zəmilərin, bağların bərəkəti, qarın az və çox yağmasından asılıdır.

Məlumat üçün deyim ki, son illərdə olduğu kimi, bu il də əkin sahələrində çoxlu zərərverici var. Dərmanlamaqla bunun qarşısını almaq çətindir. Yaxşı qar yağanda və şaxta olanda problemin həlli asanlaşır. Çünki torpaqda olan kəsəyən və digər ziyanvericilər soyuqdan qırılır. Digər tərəfdən, öncə qeyd etdiyimiz kimi, məhsuldarlığın yüksəlməsində qarın xüsusi rolu var. Qarla bağlı indi kəndlinin ümidi hikkəli Kiçik çilləyədir...Çünki, məlum, Kiçik çillə Böyüyə nisbətən sərt keçir. Xalq arasında bir rəvayət var. Kiçik çillə Böyük çilləni yola salanda ondan soruşur: “Gəldin, uzun ömür yaşadın, neylədin?”. Böyük çillə cavab verir ki, tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm... Kiçik çillə şeşələnə-şeşələnə deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini un çuvalında donduracağam”. Böyük çillə gülümsəyib deyir ki, indidən lovğalanma, heç nə edə bilməyəcəksən, çünki ömrün az, qabağın yazdır..

Əlbəttə bu, xalq yaradıcılığıdır və o rəvayətin yaranmasından qərinələr, əsrlər ötüb. Artıq təbiətdə çox şey dəyişib. İndi bəzən yazın ortasında səhralara qar yağır, qışda şimalda olmazın istilər olur...

Dostlar, onu da deyim ki, artıq aran rayonlarında ağacəkmə kampaniyasına başlanılıb. Əkinçilər bu gün də bəzi aqrotexniki tədbirləri davam etdirirlər. Mən də, o qədər də böyük olmayan, həyətimdə 20-dən çox nar və heyva, tut tingləri basdırmışam. Ümid edirəm həyətim bu il daha yaşıl olacaq və növbəti payızda xeyli nar, heyva dərəcəyəm. (Ağsu narı və heyvası yemək istəyən indidən kəndimizə səfər günlərini planlaşdırsın və gəlib görsün ki, köhnə qəzetçi bağbanlığı da pis bacarmır). 

Hə, dostlar, ağac və gül kolları əkib-becərmək hər kəsin, belə demək olarsa, Vətən torpağı üzərində “yaşıl avtoqrafı”, daha bir vətəndaşlıq borcudur..

Hələ ki, havalar günəşli və mülayim keçir. Səhər yuxudan ayılan kimi pəncərədən həyətə boylanıram. Sanki Günəş əlacsızlıqdan gülümsəyir.

Deyirəm, kaş sabah yuxudan oyanıb çölə baxanda dünyanı qara bürünmüş görəydim. Əllərim, ayaqlarım üşüsə də özümü ataydım qarın üstünə. Uzanıb göydən nur kimi tökülən bənzərsiz qar dənələrini seyr edəydim. Qar yağaydı və mən qarın qoynunda xatirələrin istisinə qızınaydım...

Məkanı cənnət olsun şair Musa Yaqubun, necə gözəl deyib:

Uduz tək üstümə səpələn, ey qar,

Geyindir əynimə ağappaq don

Sənin ki bu qədər təmizliyin var,

Bağışlamaq olar soyuqluğunu.

Ulduz tək üstümə səpələn, ey qar,

Belə təmizliklə isinmək olar.

İnşallah, tezliklə dünyamız ağ yorğanına bürünər, qar torpağımıza bərəkət, uşaqlara sevinc bəxş edər.

Təki ürəyimizin atəşi sönməsin, əllərimiz işdən soyumasın, ümidlərimizə qar yağmasın. 

Səməd Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri