Icma.az
close
up
RU
Qara Cümə endirimi yoxsa tələ? İstehlakçıların ən çox aldandığı gün

Qara Cümə endirimi yoxsa tələ? İstehlakçıların ən çox aldandığı gün

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın hər tərəfində milyonlarla insanın səbirsizliklə gözlədiyi, mağazaların isə aylar öncədən xüsusi kampaniyalarla hazırlaşdığı “Black Friday”, yəni "Qara Cümə" alış-veriş mövsümü artıq başlayıb. Şirkətlər ilin ən böyük endirimlərini elan edir, alıcılar isə bu günü fürsət kimi görərək mağazalara və onlayn platformalara axın edir.

Lakin parlaq reklamların, cəlbedici vitrinlərin və “möhtəşəm endirimlər” sözlərinin arxasında həm böyük imkanlar, həm də ciddi risklər dayanır. Bu gün təkcə alış-veriş bayramı deyil, eyni zamanda istehlakçıların ən çox aldandığı tarixlərdən biri kimi də tanınır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ölkə.Az-a açıqlamasında bildirib ki, "Qara Cümə" gününün tarixi 1800-cü illərə gedir.

Onun sözlərinə görə, istehlakçıların əksəriyyəti düşünür ki, bu günü biznes qurumları öz xeyirləri üçün müəyyən ediblər və "Qara Cümə" adlandırıblar:

"Əgər şirkətlər bu endirimlərdən zərər görsələr, bunu “Qırmızı Cümə” adlandırardılar. Çünki mühasibatlıqda əksiklik olanda qırmızı rənglə qeyd edirlər. Əslində "Qara Cümə" istehlakçılar üçün “qara gün” hesab olunur və bu, bütün dünyada belədir. Bu gün reklamlar vasitəsilə istehlakçıların psixologiyasına təsir edilir və ən çox saxta, vaxtı keçmiş, sıradan çıxmış və zavod defekti olan məhsullar satışa çıxarılır. İl boyu aldadılma hallarının ən çox müşahidə edildiyi tarix də məhz Qara Cümə günüdür. 

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da istehlakçılar üçün "Qara Cümə" zamanı həm mənfi, həm də az da olsa müsbət məqamlar mövcuddur. Biz istehlak əsrində yaşayırıq və insanları gözü doymayan alıcıya çeviriblər. Hər kəs sonuncu qəpiyinə qədər nəsə almağa təşviq olunur. Bu psixoloji vəziyyətdə istehlakçılar daha asan aldadıla bilirlər. Ona görə də xüsusilə mürəkkəb texniki cihazlar alanda çox diqqətli olmaq lazımdır. Tələsməyin, cihazın bütün düymələrini və funksiyalarını yoxlayın. Ödədiyiniz məbləğ qarşılığında mütləq kassa qəbzi alın. Bu, çox vacibdir.

Hər hansı problem yaranarsa, mütləq 012 599 76 00 nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edin ki, hüquqlarınızı qoruya biləsiniz".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:19
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see667

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see313

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see259

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see192

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see155

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri