Icma.az
close
up
RU
AİB sədri Qara Cümədən DANIŞDI İstehlakçıların ən çox aldadıldığı gün

AİB sədri Qara Cümədən DANIŞDI İstehlakçıların ən çox aldadıldığı gün

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Hər il noyabr ayının son cümə günü dünya mağazalarında "Black Friday” ("Qara Cümə") adı ilə endirimlər təşkil olunur.  Bu ənənə Azərbaycanda da mövcuddur. Təəssüf ki, sözügedən endirim kampaniyaları sadəcə geyim sektorunu əhatə edir, qida məhsullarına isə aid edilmir.

İstənilən halda 75%, hətta bəzən 90%-dək endirimlər təklif olunan "Qara Cümə"nin əsl məqsədi nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, "Qara Cümə" bütün dünyada istehlakçıların ən çox aldadıldığı gündür:

"Qara Cümə"nin tarixi XVIII əsrə qədər gedir. Nəhayət, 1952-ci ildə "Qara Cümə" təşkil olunan zaman mühasibatı yoxlayıblar ki, görsünlər zərərə düşüblər, yoxsa xeyir qazanıblar. Bəlli olub ki, qırmızı (ziyan) yoxdur, ancaq qara (gəlir) var. "Qara Cümə" günü, əslində, hüquqlarını bilməyən, marketoloqların tələsinə düşən insanların aldanmasının qara günüdür. Həmin gün ən keyfiyyətsiz, standartlara uyğun olmayan, satışdan çıxarılan, qaytarılmış malların istehlakçılara sırınması günüdür. Ona  görə bu kampaniya ərzaq mallarında özünü büruzə vermir ki, ərzaq malları müəyyən partiya ilə buraxılır və standarta uyğun olur. Burada saxta mal az olur, yeni istehlakçını aldatmaq imkanı azdır".

E.Hüseynov qeyd edib ki, xüsusən texniki cihazlarda istehlakçının aldadılması daha geniş yayılıb:

""Qara Cümə"dən sonra Azad istehlakçılar Biriliyinə gələn şikayətlərin məzmunu təxminən belə olur: "Malı böyük endirimlə aldım, gətirdim, gördüm tələbatıma uyğun deyil və yaxud düzgün işləmir. Dəyişmək və ya qaytarmaq istədim. Dedilər ki, bunu endirimdə almısan deyə qaytarılmır", yaxud "Məhsul seçdim, dedilər ki, buna "Qara Cümə" endirimləri şamil deyil". Yəni burada əsas odur ki, alıcını qapıdan içəri salsınlar. Bütün hallarda istehlakçılara məsləhət görürəm ki, "Qara Cümə" günündə mal alanda çox sevinməsinlər. Müxtəlif texniki vasitələr alanda satıcının yanında onun bütün düymələrini, funksiyalarını yoxlasınlar. Televizor alırlarsa, ordaca onun antenaya qoşulmasını yoxlasınlar. Adətən, televizor satanların bir hiyləsi var ki, bizdə antena olmur. Bilərəkdən ekranda hər hansısa video material göstərirlər. İstehlakçılar isə gərək tələb etsinlər ki, antena ilə yayım yoxlanılsın. Məhsul üçün mütləq zəmanət talonu alsınlar, kassa çekini uzun müddət saxlasınlar. İstehlakçı hüququ pozularsa, Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsinlər, yaxud "195" qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər",

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri