Icma.az
close
up
RU
Qara Cümə zamanı alışveriş edərkən bunları nəzərə alınmaq lazımdır

Qara Cümə zamanı alışveriş edərkən bunları nəzərə alınmaq lazımdır

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hər il noyabrın son cümə günü (Qara Cümə) bütün alış-veriş mərkəzlərində izdihamlarla dolu bir gün kimi yadda qalır. Noyabr ayı başlayandan bu endirimləri bir çox yerdə görmək mümkündür. Ancaq bu endirimlər zamanı aldanmamaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır. 

1. Mütləq əvvəlcədən araşdırma aparın

Əvvəlcə almaq istədiyiniz hər şeyin siyahısını tərtib edin. Sonra araşdırmaya başlayın. Əgər bir müddətdir ki, almaq istədiyiniz bir məhsul varsa, onun qiymətinin həqiqətən dəyişib-dəyişmədiyini görə bilirsiniz. Bəzi pərakəndə satıcılar Qara Cümə endirimləri zamanı məhsulun öz qiymətini endirim kimi göstərə bilərlər. Buna görə almaq istədiyiniz məhsul haqqında əvvəldən araşdırma aparmaq sizə yanılmamaqda kömək edəcək. 

2. Televizor, noutbuk və stolüstü kompüterlərdə endirimlərdən ehtiyatlı olun

Qara Cümə-də bir çox texnologiya məhsullarına endirimlər təqdim ediləcək. Yeni televizor, noutbuk və ya telefona ehtiyacınız olmaya bilər. Amma belə aşağı qiymətə birini almaq kifayət qədər sərfəli görünür. Alış-veriş həvəskarları bu formada aldadılır. Bu məhsulların bir çoxu keyfiyyətli olmayan ən ucuz modellər ola bilər. Eyni şey televizorlar üçün olduğu kimi noutbuklara və stolüstü kompüterlərə də aiddir. Bu səbəblə məhsulu almadan öncə mütləq onun xüsusiyyətlərinə baxın. Reklam edilən endirimli məhsullar aşağı performanslı və daha az funksiyalı cihazlar da ola bilər.

3. Qara Cümə günü geyim alış-verişi etməyin

Geyim satışlarında endirimlər demək olar ki, bütün sezonlarda davam edir. Yeni qış paltarları almaq istəyirsinizsə, yeni ilə qədər gözləyin. Çünki satıcılar yaz sezonu üçün qış mallarını endirimlə satacaqlar. 

4. Elektron, mobil telefon məhsullarında köhnə modellərə həmişə daha yüksək nisbətdə endirim edilir

İstər telefon, istər smart saat, planşet və ya digər elektron cihaz olsun hər zaman keçən ilki modelin daha böyük endirimlə satışa çıxma şansı yüksəkdir. Ehtiyacınız yoxdursa, köhnə model almaqdansa, almamaq daha yaxşı seçim ola bilər. 

Ən sərfəli kredit üçün müraciət et

5. Kampaniya xəbərləri ilə bağlı diqqətli olun

Ehtiyacınız olan məhsulu alarkən pula qənaət etmək bizi həqiqətən yaxşı bir hissdir. Ehtiyacınız olan və ya istədiyiniz bir şey varsa və satışdadırsa, onu almaq sərfəlidir. Amma heç vaxt ehtiyacınız olmayan və ya o ana qədər istədiyinizi bilmədiyiniz bir şeyi almayın. 

6. Brendlər Qara Cümə günündə bəzi kateqoriyalar üzrə ən böyük endirimlərini təqdim etmirlər

Qara Cümə satışlarına başladığımız zaman böyük və kiçik pərakəndə satıcılar əsas məntiqi bir kənara qoyaraq çılğınlığa qapılmağınızı istəyir. Əgər hazırda yeni televizora ehtiyacınız yoxdursa və ya istədiyiniz televizorda kifayət qədər yaxşı endirim görməmisinizsə, gözləyə bilərsiniz. Məsələn, noutbukunuzu dəyişmək istəyirsinizsə, gözləyin. Məktəbə qayıdış endirimləri avqust ayında başlayır və bu zaman da böyük endirimlər olur. Soyuducu və paltaryuyan kimi əsas cihazların qiymətləri ilin sonu və ya bayram satışları zamanı tez-tez aşağı düşür. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://banco.az
archiveBu xəbər 22 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri