Icma.az
close
up
RU
Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisəsi yaradılıb

Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisəsi yaradılıb

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rumıniyanın paytaxtı Buxarest şəhərində Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın ötürmə sistemləri operatorlarının iştirakı ilə Qara Dəniz Enerji sualtı kabeli layihəsinin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company”nin (“GECO Power Company”) qurulması prosesi uğurla tamamlanıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, bu birgə müəssisə hazırda yaşıl enerji dəhlizinin tədqiqat və layihələndirmə fəaliyyətləri ilə məşğul olacaq. Müəssisənin yaradılmasının məqsədi, o cümlədən, Qara dəniz altında yüksək gərginlikli ötürmə kabelinin tikintisini nəzərdə tutan yaşıl enerji dəhlizinin layihəsini həyata keçirməkdir.

Strategiya tərəfdaşlığı ilə bağlı razılaşma və “Yaşıl Energetika sahəsində əməkdaşlıq haqqında” memoranduma əsasən, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında 2023-cü ilin 25 iyulunda birgə müəssisənin yaradılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Qara dəniz sualtı kabeli layihəsi, Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və daha geniş kontekstdə Cənubi Qafqaz və Cənubi-Şərqi Avropanın elektrik enerjisi sistemlərini əlaqələndirəcək ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km su altı, 40 km isə quru üzərində), gərginlik 525 kV, gücü isə 1 300 MW olacaq. Layihə, həmçinin sualtı elektrik kabeli üçün seçilmiş dəhlizdə quraşdırılacaq optik lifli rabitə kabelini də əhatə edir. Qara dəniz altı elektrik kabelinin tikintisinin başa çatma tarixi 2030-cu il olaraq müəyyən edilib.

Layihənin texniki-iqtisadi araşdırması, İtaliyanın “CESI” konsaltinq şirkəti tərəfindən aparılıb və müəyyən edilib ki, layihə həm texniki, həm də iqtisadi cəhətdən həyata keçirilməyə uyğundur.

Qara dəniz sualtı kabeli layihəsi, milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, Qara dəniz bölgəsinin əlaqələndirilməsinə, enerji resurslarının təchizat mənbələrinin şaxələndirilməsinə, bərpa olunan enerjinin istehsal potensialının artırılmasına və bərpa olunan enerjinin energetik qarışdakı payının artmasına kömək edəcək. Bu layihə, eyni zamanda, regional enerji imkanlarını birləşdirərək, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını rəqabətli qiymətlə təmin etməyə imkan verəcək.

Qeyd edək ki, layihə ENTSO-E şəbəkəsinin 2024-2034-cü illər üçün 10 illik inkişaf planına daxil edilib və 2024-cü ilin noyabrında bu layihə Avropa Komissiyasına ümumi maraq layihəsi statusu almaq üçün təqdim edilib. Çünki bu, Avropa İttifaqı ilə qeyri-Aİ ölkələr arasında enerji infrastrukturu layihəsidir və enerji və iqlim siyasəti məqsədlərinin həyata keçirilməsinə kömək edir.

Xatırladaq ki, (“GECO Power Company”nin təsisçi şirkətləri Azərbaycan tərəfindən “Azərenerji”, Gürcüstan tərəfindən “Gürcüstan Dövlət Elektrik Şəbəkəsi”, Macarıstan tərəfindən “MVM Energy Private Limited Company” və Rumıniya tərəfindən “National Power Grid Company Transelectrica S.A.” şirkətləri olub. Birgə müəssisə bərabər paylarla qurulub və buna görə də bütün tərəflər şirkətin idarə edilməsində bərabər şəkildə iştirak edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri