Icma.az
close
up
RU
“Qara qan”dan “Böyük devirim”ə

“Qara qan”dan “Böyük devirim”ə

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son 50 ildə orijinal publisistik yazıları, pamfletləri, bədii esseləri, öygüləri (hekayələri) ilə oxucuların sevimlisinə çevrilən, ədəbiyyat tariximizdə Qarabağ savaşından bəhs edən 1100 səhifəlik “Qara Qan” tarixi roman-trilogiyanın yazarı Fazil Güneyin bu yaxınlarda “Böyük devirim” adlı kitabı işıq üzü görüb.

“Orxan” nəşriyyatının nəfis şəkildə buraxdığı topluda yazıçının yazdığı öygülər (hekayələr), esselər, pamfletlər və dram əsərindən nümunələr toplanıb. Ulusumuzun son 100 illik ağır və şanlı tarixindən, sovet dönəmində adları layiqincə dəyərləndirilməmiş qələm sahiblərindən, gizli qalmış, yaxud da tam açılmamış olaylardan bəhs edən “Böyük devirim” romanından bir parça, yeni eradan öncələrdə şumerlərdən sonrakı dönəmlərdən bəhs edən dram əsəri və s. orijinal nümunələrin də yaxşı qarşılanacağı şəksizdir.

Yetkin qələm sahibi Fazil Güneyin bu kitabı əlvan güllərdən bağlanmış bir bədii çələng təsiri bağışlayır. Toplu oxucunu ağladıb-güldürür, ən ümdəsi dərin düşüncələr ümmanına atır...

Son 35 ildə Fazil Güney mediamızda beynəlxalq mövzuda yazan, problemlərimizi, Qarabağ olaylarını dünyada yayan ilk aktiv yazarlarımızdandır. Ərəb filologiyası üzrə iki elmi monoqrafiyanın müəllifi, böyük şərqşünas Aida İmanquliyevanın dissertantı olmuş, tanınmış akademiklər Həmid Araslı və Ziya Bünyadovun xeyir-dua verdikləri Fazil Güney Suriya, İraq, Liviyada uzun müddət tərcüməçi kimi çalışıb, Əlcəzair Universitetində bir dərs ili təcrübə keçib, bütün ərəb ölkələrinə səfər edib. Dəməşq, Bağdad və Qahirədə hay-ermənilərlə müxtəlif səviyyələrdə rəsmi yerlərdə qarşılaşaraq dartışıb.

Bunlardan ən maraqlısı hayların ilk partiyalarından biri – 1890-cı illərdə yaradılmış “Hnçaq” partiyasının Beyrutdakı mənzil-qərargahında, Livan parlamentinin erməni deputatı, arvadı erməni olan, ermənilərə özəl imtiyazlar vermiş Livanın prezidenti Emil Lahudla görüşüb suallaşması olub. Buna görə də Qarabağ davasına həsr etdiyi “Mif dağılır” öygüsü son dərəcə böyük maraqla oxunur. Burada olaylar hayların “ikinci paytaxta” çevirdikləri Beyrutda cərəyan edir. Yazıçının təsvir etdiyi, reallıqlara, tarixi gerçəkliklərə söykənən səhnələr çox oxunaqlı alınıb.

Müəllifin 100 yaşlı atasına – Qarabağ köçkününə həsr etdiyi “Gələcək gəldi” essesini də həyəcansız oxumaq olmur. Kitabdakı yazılar oxucunu kədərləndirib hiddətləndirməklə yanaşı, həm də güldürür. “Öz itimizdir”, “Metamorfoz”, “Balaca yanlışlıq” “Haykanuşun əri kim, aşnası kim” adlı hekayə və pamfletlər böyük Mirzə Cəlil məktəbini xatırladır.

Oxucusunu ağladıb-güldürən yazılar toplusunu sonuclayan “Böyük başlanğıc” adlı iki pərdəli dramla bitirən müəllif özü bu haqda yazır: “44 günlük Vətən müharibəsi ilə adını fars hökmdarı Kirin başını kəsərək qanla dolu tuluğa atıb oğlunun qisasını almış Tomrisdən – dəmir xatundan Atatürkədək böyük Türk sərkərdələrinin siyahısına adını yazmış Prezident İlham Əliyev millətinin, ölkəsinin adını töhmətdən qurtarıb göylərə qaldırdı, Azərbaycan kişisi, əsgər və zabitləri başlarını dik tutmağa başladılar. Kiçik Azərbaycan dövləti qardaş Türkiyənin mənəvi, siyasi dəstəyi ilə Qafqazdan Türküstanı hədəfləyən yeni səlib yürüşünün qarşısını kəsdi”.

Fazil Güneyin ədəbi çalışmaları göstərir ki, Azərbaycan rəhbərliyinin, dövlətinin siyasətdə, ordu quruculuğunda qazandığı uğurları humanitar sahələrdə də təkrarlanmalıdır. Sovet dönəmində kommunist və daşnak ideoloqlarının yazdığı və yazdırdığı tarix korrektə edilməli, yenidən yazılmalıdır. Dilimizin saflığı da müqəddəs miras kimi qorunmalıdır.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyul 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri