“Qara qutu”nu oxuyan qrup tezliklə Astanaya gələcək Qazaxıstan Nəqliyyat Nazirliyi
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan mütəxəssislər yaxın günlərdə oxunmuş məlumatlarla Astanaya gələcək.
Bakupost.az xəbər verir ki,bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
Ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib

Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir
15 Yanvar 2025 16:58
Qazaxıstan Nəqliyyat Nazirliyi: Mütəxəssislər AZALın təyyarə qəzası ilə bağlı yaxın günlərdə oxunmuş məlumatlarla Astanaya gələcək
07 Yanvar 2025 13:41
“Qara qutu”ları mütəxəssislər tərəfindən TƏDQİQ EDİLİR Nəqliyyat Nazirliyi
15 Yanvar 2025 19:33
Qazaxıstan Nəqliyyat Nazirliyi: Hadisəyə aydınlıq gətiriləcək
25 Dekabr 2024 11:52
Qazaxıstan Nəqliyyat Nazirliyi: 26 nəfər xəstəxanaya yerləşdirilib
25 Dekabr 2024 12:15

