Icma.az
close
up
RU
“Qarabağ” 6 milyon istəyir, Braziliya klubu 5 milyon verir Juninyo “Flamenqo”ya keçmək üzrədi!

“Qarabağ” 6 milyon istəyir, Braziliya klubu 5 milyon verir Juninyo “Flamenqo”ya keçmək üzrədi!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Sirr deyil ki, yanvarın 8-nə qədər hər kəs Juninyonun “Qarabağ”dan “Sevilya”ya keçib-keçməyəcəyi ilə yox, transferin hansı şərtlərlə razılaşdıralacağıyla maraqlanırdı.

Elə “Futbol+” də mövzuyla bağlı yazılar hazırlayarkən məhz bu yöndə araşdırma aparır, xüsusilə maliyyə detallarının arxasınca düşürdü. Lakin üç gün öncə, demək olar ki, hər kəs üçün “soyuq duş” effekti yaradan xəbər yayıldı və çox keçmədən həm Ağdam, həm də Əndəlüs təmsilçisinin rəsmiləri tərəfindən təsdiqləndi: Juninyo İspaniya La Liqasında çıxış edən komandaya keçməkdən imtina etdi!
Vay-vay, çox pis... Amma olanla ölənə çarə yoxdu. Elə “Sevilya” da belə düşündü ki, dərhal hədəfini dəyişdi və Belçika “Anderlext”ində çıxış edən hücumçu Luis Vaskeslə danışıqlara başladı. Juninyonun nazıyla oynayası deyildilər ki. Bunu ancaq başqa alternativi olmayan klub edər ki, “böyük beşlik” təmsilçisi haqda belə düşünmək, sadəcə, gülünc olar. Real danışaq, Juninyonun “Sevilya”ya keçidi bu komandaya 1 qazandıracaqdısa, futbolumuza, “Qarabağ”a, eləcə də braziliyalı ulduza 10 qazandıracaqdı. Azı 10!
Hələ o da bəllidi ki, bu komandalarla yanaşı, Almaniya bundesliqasının liderlərindən “Bayer-04” də Juninyo ilə maraqlanıb. “SBT Rio”nun əməkdaşı Venye Kasaqrandenin sözlərinə görə, Leverkuzen klubu “Sevilya” ilə eyni vaxtda “Qarabağ”a təklif göndərib. Lakin almanların vəd etdiyi məbləğ az olduğundan, rədd cavabı verilib. Kasaqrande bu barədə belə yazıb:

“Maraq göstərən təkcə “Sevilya” deyildi. Çox məşhur klub olan “Bayer-04” də Juninyo ilə maraqlanırdı. Lakin o vaxt “Sevilya”nın təklifi həm klub, həm də oyunçu üçün daha cəlbedici idi”.


Hər halda, indi təəssüf hissindən yanıb-yaxılmağın zamanı deyil. Daha doğrusu, gecdi. Axı “Sevilya” kimi Juninyonun da başqa seçimi var idi və elə 28 yaşlı braziliyalını yoldan çıxaran da həmin ikinci və daha cəlbedici təklif oldu. Söhbət “Flamenqo”dan gedir. Əvvalcə onu deyək ki, Braziliya təmsilçisinin adı hamımıza tanış olan flaminqodan, başqa sözlə, “qızılqaz” adlandırılan quşdan götürülüb. Bu flaminqolar var ha, çox hiyləgərdi.
Bilməyənlər üçün vurğulayaq ki, təkayaqlı duruşla az güc sərf etməyin yolunu tapan bu quşlara əsasən 4500 metr yüksəkliklərdə rast gəlinir. Əlbəttə, belə şəraitdə qidalanmaq, ümumiyyətlə, varlığını davam etdirmək üçün bu cür hiylələr kəşf etməyə məcbursan. Onsuz da həmin quşlara nadir hallarda rast gəlinir. Bu öz yerində. Sözümüzün canı odu ki, “Flamenqo” da həmin quş kimi hiyləgər addımlar atmağa çalışır. Sən demə, Braziliya klubu “Qarabağ”a “Sevilya”nın ödəmək istədiyi qədər, yəni 4 milyon avro vermək niyyətindədi. Komandanın əsas məqsədi Juninyoya daha çox, ispanların təklifindən üçqat artıq maaş verməkdi. Yəni Olavionun İspaniyaya yox, Braziliyaya yollanması “Qarabağ”a maliyyə baxımından hansısa fayda vəd etmir. Bunu biz yox, ispanların məşhur “AS”, Marca”, braziliyalıların “Terra” kimi ünlü nəşrləri deyir. Juninyonun həmyerlilərinin, bizim həmkarlarımızın, daha doğrusu, “Globo” nəşrinin iddiasını da dinləyək:

“Flamenqo”nun baş məşqçisi Felipe Luis Juninyoya zəng edib. O, danışıq zamanı futbolçunu komandasına keçməyə razı sala bilib. Mütəxəssis deyib ki, Juninyo klubun yeni prezidenti Balın dövründə kollektivinin əsas oyunçusu olacaq”.


Hətta xarici mətbuatda yayılan son xəbərlərdə Juninyonun “Flamenqo”dan alacağı maaşın bəlli olduğu qeyd edilib. “Terra” “Qarabağ”ın Braziliyanın A seriyasında təmsil olunan klubdan aldığı ilk təklifi rədd etdiyini tirajlayıb. Bildirilib ki, ağdamlılar bu keçidə görə təxminən 6 milyon avro istəsə də, qarşı tərəf 4 milyon avro ödəmək niyyətində olub. Brazliyanın “Bola VİP” nəşrinin xəbərinə görə, rədd cavabı alan “Flamenqo”nun növbəti təklifi 5 milyon avro olub. Klubun futbolçuya vermək istədiyi aylıq maaş isə 700 min Braziliya realı, təxminən 206 min manatdı. Hər halda, hazırda Juninyonun bu keçidə razı olduğu, klublar arasında danışıqların aparıldığı bəllidi. Hətta “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də bu bilgini təsdiqləyib:

“Bütün məsələlərə bu həftənin sonuna kimi aydınlıq gələcək. Hazırda danışıqlar davam edir”.


Bu mövzu ilə bağlı menecer Tural Əsgərlinin də fikirlərini öyrəndik. Yazıya onun fikirləriylə yekun vuraq:

“Flamenqo” “Qarabağ”ı razı salmaq üçün əlindən gələni edir. Məndə olan məlumata görə, Braziliya klubu Juninyo ilə bütün məsələlər üzrə anlaşıb. İndi yalnız klubu “hə” deməlidi. Bilidiyimə görə, klublar hələ ki son nöqtəni qoymayıb. Bu baş versə, mütləq xəbərim olardı. Ən yaxşı halda, bu gün gecə saatlarında razılıq əldə edilə bilər ki, bu da məsələnin həllinin sabaha (yəni bu günə - red.) qalması deməkdi. O bəllidi ki, “Flamenqo” Juninyo üçün daha yaxşı şərtlər irəli sürüb. Onsuz da bu klub “Sevilya”dan qat-qat böyük klubdu. Braziliya Avropada olsa, bu komanda mütləq “top-5”də olardı. Ümumiyyətlə, “Flamenqo” müntəzəm Libertadores kubokunu qazanır, yayda klublararası dünya çempionatında çıxış edəcək. Təbii ki, belə məqamlar Juninyonun qərarına böyük ölçüdə təsir edir”.


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri