Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Qızılın SON qiyməti

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Qarabağ addım addım nura boyanır

Qarabağ addım addım nura boyanır

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan dövlətə məxsus enerji şirkəti “Azərişıq” ASC ölkənin enerji sisteminin mühüm bir hissəsidir. Əsas vəzifəsi istehlakçıları etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Müasir infrastruktura malik olan “Azərişıq” ASC milyonlarla abonentə xidmət göstərir. Şirkət, elektrik enerjisinin ötürülməsi və paylanması üçün yüksək gərginlikli və aşağı gərginlikli elektrik şəbəkələrinə, transformator yarımstansiyalarına və digər avadanlıqlara sahibdir. “Azərişıq” müasir texnologiyaların tətbiqinə böyük diqqət yetirir. Şirkət, elektrik enerjisi şəbəkəsinin idarə edilməsi üçün yeni sistemlər və texnologiyalar tətbiq edir, abonentlərə onlayn xidmətlər göstərir və elektrik enerjisinin səmərəli istifadəsi üçün tədbirlər həyata keçirir.

“Azərişıq” sosial məsuliyyət daşıyan bir şirkətdir. Şirkət, ətraf mühitin qorunmasına, enerji resurslarının səmərəli istifadəsinə və sosial layihələrin həyata keçirilməsinə böyük diqqət yetirir.

“Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bu ərazilərdə elektrik infrastrukturunun yenidən qurulması, müasir standartlara cavab verən yeni elektrik stansiyalarının tikintisi və digər zəruri işlər həyata keçirilir. "Azərişıq" ASC-nin bu istiqamətdəki fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına mühüm töhfə verir və regionda dayanıqlı enerji təminatının yaradılmasına xidmət edir.

Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi 2024-cü ilin oktyabrında açılıb. Müasir texnologiya və avadanlıqlarla təchiz olunan mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar var. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Qarşıya qoyulan əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunandan sonra elektrik şəbəkəsinin yenilənməsi idi. Cəmi 1 ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. Bundan başqa digər regionlarda reallaşan 100 kənd layihəsi əsasında 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə elektrik təsərrüfatı yenilənib. 2025-ci ildə də bu layihə uğurla davam etdirilir. Ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 10 ildə 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. "Azərişıq" ASC çətin relyef və hava şəraitinə baxmayaraq, ölkənin bütün regionlarında elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. 2017-ci illə müqayisədə "Azərişıq" ASC-nin "ASAN xidmət" mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün, sadəcə, 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib. Hazırda "Azərişıq" ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. 10 il ərzində ölkə üzrə enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-ə çatdırılması proqnozlaşdırılır. Həmçinin bu illər ərzində abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. Bu gün işğaldan azad edilən ərazilərdə 4182-si əhali qrupu olmaqla 5097 abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunub.

Ayna Məmmədova

BakuPost.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Fevral 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see425

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see246

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see226

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see218

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see217

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see217

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see213

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see205

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see195

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see195

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see191

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see191

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see191

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see189

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see189

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see180

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see171

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see166

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see164

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri