Icma.az
close
up
RU
“Qarabağ” antirekorda doğru: 5 qoldan sonrakı 5 oyunluq həsrət İdman və Biz

“Qarabağ” antirekorda doğru: 5 qoldan sonrakı 5 oyunluq həsrət İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın avrokuboklardakı uğursuz seriyası davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu ev oyunlarında qara zolağa düşüb.

Qurban Qurbanovun yetirmələri öz meydanında keçirdiyi son 5 matçın hamısında uduzub. Bu seriya Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb.

İkinci raundda Cəbəllütariq “Linkoln”una 5 cavabsız qol vuran “Qarabağ” sonrakı 5 qarşılaşmada azarkeşlərinə yalnız üzüntü bəxş edib. Öncə “Lüdoqorets”, ardınca Zaqreb “Dinamo”su Bakıdan qalib ayrılmağın sevincini yaşayıb.

Avropa Liqasında da ölkəmizin qonaqları qələbələri sıralayıblar. Öncə “Malmö” “Qarabağ”ı məğlub edib. Son iki görüş daha acınacaqlı olub. Həm “Ayaks”, həm “Lion” böyükhesablı nəticə qazanıb.

Bu darmadağınlardan sonra ev oyunlarındakı məğlubiyyət seriyası 5-ə çatıb. Bu da Azərbaycan klublarının avrokuboklardakı çıxışları dövründə ikinci ən acınacaqlı seriyadır.

2024/25 mövsümü
Çempionlar Liqası

“Qarabağ” – “Lüdoqorets” – 1:2
“Qarabağ” – “Dinamo” Z – 0:2
Avropa Liqası
“Qarabağ” – “Malmö” – 1:2
“Qarabağ” – “Ayaks” – 0:3
“Qarabağ” – “Lion” – 1:4

Antirekordun özü də Ağdam təmsilçisinə məxsusdur. Hazırda həmin antirekordun iki addımlığında olan “Qarabağ” tarixinin ilk ev qələbəsinə qədər uzun illər gözləməli olub.

“Rusenborq” üzərində 2009-cu ildə əldə olunan qalibiyyət “Qarabağ”ın avrokuboklardakı 8-ci ev görüşünə təsadüf edib. Bunadək isə istisnasız məğlubiyyətlər sıralanıb.

1996-cı ildəki debütdən başlayaraq ardıcıl 7 ev oyununda uduzan “Qarabağ”ın həmin antirekordu hələ təkrarlanmayıb. Qurbanovun komandası həmin seriyaya yaxınlaşmamaq üçün FCSB ilə görüşdə qələbə, ən azı heç-heçəyə imza atmalıdır.

Düzdür, yeddi məğlubiyyətdən ibarət seriyanın son görüşündə əlavə vaxt oynanılıb. 90 dəqiqəsi heç-heçə bitən qarşılaşmadakı yenilgi sonrakı 30 dəqiqəyə təsadüf edib. UEFA reytinqinə və digər ümumi cədvəllərə də məhz 120 dəqiqənin nəticəsi nəzərə alındığı üçün Moldova klubu ilə görüşdə ardıcıl 7-ci ev məğlubiyyəti qeydə alınıb.

1996/97 mövsümü
Kuboklar kuboku

“Qarabağ” – “MüPA” – 0:1
1997/98 mövsümü
UEFA kuboku

“Qarabağ” – “Yablonets” – 0:3
1998/99 mövsümü
Kuboklar kuboku

“Qarabağ” – “Kopenhagen” – 0:4
1999/2000 mövsümü
İntertoto kuboku

“Qarabağ” – “Makkabi” H – 0:1
“Qarabağ” – “Monpelye” – 0:3
2004/05 mövsümü
UEFA kuboku

“Qarabağ” – “Dukla” BB – 0:1
2006/07 mövsümü
UEFA kuboku

“Qarabağ” – “Zimbru” – 1:2

Qeyd edək ki, “Qarabağ” FCSB ilə 2025-ci il yanvarın 23-də qarşılaşacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri