Icma.az
close
up
RU
“Qarabağ” “Atletik” duelindən nə gözlənilir? Açıqlama

“Qarabağ” “Atletik” duelindən nə gözlənilir? Açıqlama

News24 saytına istinadən Icma.az xəbər verir.

Dünən Tofiq Bəhrəmov adına Respublika stadionunda Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandası üz-üzə gəldi. Azərbaycan çempionu rəqibini 2:0 hesabı ilə məğlub etdi.

News24.az-a oyunu şərh edən idman jurnalisti Anar Xanlarov bildirib ki, ilkin proqnozu "Qarabağ"ın ən azı məğlub olmayacağı və minimal heç-heçə nəticəsi qazanacağı olub, lakin 2:0 hesablı qələbə gözləntilərini xeyli üstələyib: "Bu, çox möhtəşəm nəticə oldu. Qarşıda "Atletik" (Bilbao) ilə oyun olacaq. Qeyd etmək lazımdır ki, bu komanda İspaniyanın tanınmış klublarından biridir və "Böyük beşlik" liqalarından birini təmsil edir. Bu baxımdan qarşıdakı görüş kifayət qədər çətin olacaq. Bununla belə, səfərdə keçiriləcək oyunda "Qarabağ"ın xal qazanması mümkündür".

Anar Xanlarov əlavə edib ki, "Atletik"in "Borussiya" ilə oyununu analiz etdikdə komandanın sürətli əks-hücumlarda boşluqlar buraxdığı müşahidə olunub: 

"Qarabağ"ın bu tip hücumları uğurla təşkil etmək bacarığını nəzərə alsaq, qol vurmaq və nəticədə xal əldə etmək realdır. Lakin yaxın günlərdə millinin oyunları ilə bağlı fasilə olacaq və futbolçular milli komandaların düşərgəsinə qatılacaqlar. Bu fasilənin itkisiz başa vurulması komanda üçün strateji baxımdan son dərəcə əhəmiyyətlidir".

Mütəxəssis eyni zamanda Qurban Qurbanovun Elvin Cəfərquliyev haqqında dediklərinə də münasibət bildirib: "Qurban Qurbanovun Elvinlə bağlı açıqlamalarına gəlincə, burada onun fərqli yanaşma üslubu müşahidə olunur. Belə ki, hansısa futbolçu zəif çıxış etdikdə və bu məsələ ilə bağlı mətbuat sual verdikdə, Qurbanov həmin futbolçunu müdafiə edir və razılığını bildirir. Əksinə, futbolçu uğurlu çıxış etdikdə – məsələn, Elvinin UEFA tərəfindən "matçın ən yaxşı futbolçusu" seçildiyi halda Qurbanovun daha çox tənqidi mövqedən çıxış etdiyi görünür. O, konkret şəxsiyyətlərə hansı formada yanaşmalı olduğunu özü daha düzgün müəyyənləşdirir".

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri