Qarabağ bu gün Neftçi ilə qarşılaşacaq
Publika.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Qarabağ bu gün Neftçi ilə qarşılaşacaq.
Bu gün Misli Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Publika.az xəbər verir ki, XV turun sonuncu matçı saat 19:00-da start götürəcək.
Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Misli Premyer Liqası
II dövrə, XV tur
1 dekabr
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Neftçi Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı (hər üçü 1:0), "Zirə" isə "Sumqayıt"ı məğlub (4:1) edib.

