Icma.az
close
up
RU
Qarabağ bütün komandaların böyük baş ağrısı olacaq AÇIQLAMA

Qarabağ bütün komandaların böyük baş ağrısı olacaq AÇIQLAMA

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aslan Kərimov: "Qarabağ" bu qrupda heç də “günah keçisi” və ya “autsayder” olmayacaq


Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımı təqdim edirik:

“Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

"Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.


"Səbail"in baş məşqçisi Şahin Diniyev Sherg.az-a deyib ki, konkret şəkildə "Qarabağ" bütün cəhət və elementlərdə "Benfika"nı üsteledi və layiqli qələbə qazandı:


"Həm oyun, həm də xarakter baxımından "Qarabağ" çox möhtəşəm performans nümayiş etdirdi. Hələ qabaqda çox oyunlar var. Ona görə də 1-ci turdan sonra proqnoz vermək çox çətindir. Amma görünən odur ki, "Qarabağ" bütün komandaların böyük baş ağrısı olacaq".


Futbol eksperti Aslan Kərimov isə "Qarabağ" komandasının qələbəsini tarixi bir hadisə sayır:


"0:2 hesabı ilə geridə olan komandanın 3:2 hesabı ilə qalib gəlməsi futbol tariximizdə nadir hallarda rast gəlinən hadisələrdəndir. Bu cür oyunlar yaddaşlarda qalır və tarixə düşür.

Üstəlik, bu qələbə sadəcə adi bir çempionat oyununda deyil, Çempionlar Liqasının qrup mərhələsində, dünyanın sayılıb-seçilən bir klubuna qarşı qazanılıb. Ona görə də bu nəticə xüsusi olaraq təqdir olunmalıdır. Əslində, "Qarabağ"ın 0:2-dən sonra 3:2 hesabı ilə qalib gələcəyini təxmin etmək çox çətin idi. Mən özüm də bunu proqnozlaşdırmırdım. Amma oyundan öncə müsahibələrimdə demişdim ki, "Qarabağ"ın qol imkanları olacaq və bu görüşdə istənilən nəticə mümkündür. Çünki hər iki komandanın hücum xətti əvvəlki oyunlarda kifayət qədər güclü təsir bağışlamışdı.

Əsas sual isə belə idi: "Qarabağ" qol vurmağı bacarır, amma öz qapısını toxunulmaz saxlaya biləcəkmi? İlk hissədə bunun öhdəsindən gələ bilmədik. Lakin ikinci hissədə, xüsusilə də cərimə zərbəsindən vurduğumuz qoldan sonra rəqib sanki soyuq duş effekti yaşadı. Ardınca onların ard-arda səhvlərindən istifadə edib iki qol vuraraq oyunu 3:2 hesabı ilə qurtara bildik. Bundan sonrakı oyunlarda həm qazana, həm də məğlub ola bilərik. Növbəti oyun “Kopenhagen”lədir. Ola bilsin ki, “Kopenhagen” “Benfika” qədər güclü rəqib sayılmasın, amma bu turnirdə güclü-zəif komanda yoxdur. Əvvəlki oyunda rəqibin səhvlərindən istifadə edə bildik. Ancaq məncə, səfərdə “Kopenhagen” bu qədər səhv etməyəcək və bizi daha ağır oyun gözləyir".


Müsahibin fikrincə, nə qədər xal toplayacağımızı düşünməkdənsə, hər oyunun həyəcanını ayrı-ayrılıqda yaşamaq daha məqsədəuyğundur:

"Azarkeşlər də, futbol ictimaiyyəti də hər dəfə eyni sualı verir: “Nə qədər xal toplaya bilərik, hara qədər gedə bilərik?” Məncə, bu haqda indidən düşünmək əvəzinə hər görüşün ab-havasını yaşamaq lazımdır.

Sonda nəticə nə olacaqsa, olacaq. Onsuz da bütün oyunlar çətin olacaq və burada heç kimə asan rəqib münasibəti göstərilməyəcək. "Qarabağ" bu qrupda heç də “günah keçisi” və ya “autsayder” olmayacaq. Əksinə, komanda xal da qazanacaq, rəqiblər də "Qarabağ"a qarşı daha ciddi hazırlaşmaq məcburiyyətində qalacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri