Qarabağ Çelsi oyununa təyinat alan hakim ötən ay Azərbaycan millisinin matçını idarə edib
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa təyinat alan avstriyalı hakim Sebastyan Qishamer ötən ay Azərbaycan millisinin matçını idarə edib.
"Cebheinfo.az" xəbər verir ki, 37 yaşlı FIFA referisi DÇ-2026-nın seçmə mərhələsində yığmanın oktyabrın 13-də Polşada Ukraynaya uduzduğu (1:2) görüşdə iş başında olub.
Ədalət təmsilçisi əvvəlki illərdə "Qarabağ" klubunun və U-21 millisinin oyununa da təyina alıb.
O, 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş rəqibin 5:0 hesablı qələbəsi ilə bitib.
Qishamer 2023-cü ildə "Qarabağ"ın səfər qələbəsinə şahidlik edib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində İsveçin "Hakken" klubunu minimal hesabla üstələyib - 1:0.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















