Icma.az
close
up
RU
“Qarabağ” Çempionlar Liqasından nə qədər gəlir əldə edib? Məbləğ bəlli oldu

“Qarabağ” Çempionlar Liqasından nə qədər gəlir əldə edib? Məbləğ bəlli oldu

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.

Ağdam təmsilçisi son turda “Liverpul”a 0:6 hesabı ilə məğlub olmasına baxmayaraq, turnir cədvəlində 22-ci yeri tutaraq ilk 24 klub arasında yer alıb və mübarizəni davam etdirmək hüququ əldə edib.

"AzPolitika" xəbər verir ki, pley-offa yüksələn “Qarabağ” bununla 1 milyon avro, liqa mərhələsini ilk “24-lük”də tamamladığı üçün isə əlavə 4,5 milyon avro qazanıb. Beləliklə, son nəticələrdən sonra klubun gəliri 5,5 milyon avroya çatıb.

Əgər Azərbaycan çempionu pley-off mərhələsini də uğurla adlayaraq 1/8 finala yüksəlsə, büdcəsinə daha 11 milyon avro əlavə olunacaq.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasından artıq 36 milyon avrodan çox gəlir əldə edib. Klub liqa mərhələsinə vəsiqə qazandığı üçün əvvəlcədən 23 milyon 700 min avro qazanmışdı. Bu mərhələdə hər qələbə 2,1 milyon, heç-heçə isə 700 min avro ilə qiymətləndirilirdi. “Qarabağ” liqa mərhələsində 3 qələbə və 1 heç-heçə əldə edərək bu mərhələdən 7 milyon avro gəlir götürüb.

Pley-off mərhələsinə çıxmaq və ilk “24-lük”də yer almaqla birlikdə klubun Çempionlar Liqasından ümumi qazancı hazırda 36 milyon 200 min avroya (təxminən 73 milyon 797 min manat) yüksəlib.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində “Nyukasl” ilə üz-üzə gələcək.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:476
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri