Qarabağ dan çətin qələbə
Icma.az, Milli.az saytına istinadən bildirir.
Futbol üzrə Misli Premyer Liqasında XX tura start verilib.
Milli.Az xəbər verir ki, açılış oyununda "Qarabağ" "İmişli"nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub. "Qarabağ"ın heyətində Kadi Borges, "İmişli"də isə Diequ Almeyda qırmızı vərəqə ilə meydandan qovulublar.
Bu qələbədən sonra xallarını 45-ə çatdıran "Qarabağ" ikinci pillədə qalıb və lider "Sabah"la xal fərqini 1-ə endirib. İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur.
Günün son oyununda "Zirə" öz meydanında autsayder "Karvan-Yevlax"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.
Milli.Az
Baxış sayı:114
Bu xəbər 14 Fevral 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















