Qarabağ dan daha bir TRANSFER
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” növbəti transferini gerçəkləşdirməyə yaxındır.
Lent.az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transferi rəsmiləşdirmək üçün Azərbaycana yollanıb.
Bildirilir ki, futbolçu Bakıda tibbi müayinədən keçəcək və daha sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.
“Qarabağ”ın futbolçu ilə maraqlandığı son günlər məlum olmuşdu. Hazırda transferin yekun mərhələdə olduğu qeyd edilir.
Zakariya Savo son 5 ayda Kiprin AEL klubunda uğurlu çıxışı ilə diqqət çəkib (22 oyuna 10 qol). Onun oyunu bir sıra klubların marağına səbəb olsa da, karyerasını Azərbaycanda davam etdirməyə hazırlaşdığı bildirilir.
O, müqavilə ilə “Yurqorden”ə (İsveç) məxsusdur. Savo karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında da oynayıb.
Xatırladaq ki, "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.
Baxış sayı:24
Bu xəbər 21 May 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















