“Qarabağ” DÇ 2026 da qol vuran futbolçunu istəyir
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ" heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Kabo-Verde millisinin sol cinah hücumçusu Helio Varela ilə yaxından maraqlanır.
"Köhlən atlar" 24 yaşlı vingeri heyətinə qatmaq istəyir. Lakin futbolçuya maraq göstərən yeganə klub "Qarabağ" deyil. Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Samsunspor" klubları da Varelanın çıxışını diqqətlə izləyirlər.
Hazırda İsrailin "Makkabi" (Tel-Əviv) klubunun formasını geyinən futbolçu uğurlu mövsüm keçirib. O, bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Helio Varela DÇ-2026-da da diqqət mərkəzinə düşüb. O, Kabo-Verde millisinin qrup mərhələsində Uruqvayla 2:2 hesablı tarixi heç-heçəsində həlledici qola imza ataraq komandasının mundialdakı ən yaddaqalan nəticələrindən birində mühüm rol oynayıb.
Qeyd edək ki, "Qarabağ" Kabo-Verde millisinin daha bir futbolçusu – Gilson Bençimolu da izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 İyul 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















