Qarabağ Dirçəliş Fondu tendersiz Rusiya şirkəti ilə 26,4 milyonluq rublluq müqavilə imzalayıb
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Qarabağ Dirçəliş Fondunun Rusiyanın “B.Bright Communications” şirkəti ilə satınalma müqaviləsi imzaladığı bildirilir.
Hurriyyet.az xəbər verir ki, “B.Bright Communications” Qarabağ Dirçəliş Fondunun sifarişi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin (bundan sonra Qarabağ və Şərqi Zəngəzur) beynəlxalq media platformalarında, eləcə də müvafiq materiallarda təbliği məqsədilə hərtərəfli kommunikasiya strategiyasını işlənib hazırlanması xidmətini həyata keçirəcək və qarşılığında 26,4 milyon rubl alacaq.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondu tender müsabiqəsi keçirmədən “B.Bright Communications” ilə bir mənbədən satınalama metodu əsasında müqavilə imzalayıb. Eyni zamanda satınalma dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

İrina Belozerçeva Munerovna
Onu da bildirək ki, “B.Bright Communications” (ООО "Бибрайт Коммьюникейшнс") 2018-ci ildə Moskva şəhərində qeydiyyata alınıb. Şirkətin təsisçisi və baş direktoru İrina Belozerçeva Munerovnadır. Nizamnamə kapitalı 10 min rubl (94 dollar) olan şirkətin 5 nəfər işçisi var. Şirkətin ötən ilki mənfəəti 16,7 min dollar (1,78 milyon rubl) olub./Yeniavaz.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 Dekabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















