Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Qarabağ Dirçəliş Fondunda toplanan vəsaitin məbləği açıqlandı

Qarabağ Dirçəliş Fondunda toplanan vəsaitin məbləği açıqlandı

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu barədə Ölkə.az-a qurumdan məlumat verilib. 

Fond 31 dekabr 2025-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üzrə apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

Fondun maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları, habelə mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatlarına dair qeydləri əhatə edir.

Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə kənar auditor təyin edilən “PwC Azərbaycan” şirkəti tərəfindən Qarabağ Dirçəliş Fondunun 2025-ci il 31 dekabr tarixinə maliyyə hesabatına dair verilən 22 may 2026-cı il tarixli rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Qeyd edilməlidir ki, Müşahidə Şurasının digər müvafiq qərarı ilə auditorun rəyi qəbul edilib.

Məlumat üçün bildirək ki, 2025-ci il ərzində Qarabağ Dirçəliş Fonduna ümumilikdə 53,868,439 AZN ianə olunub. 2025-ci ildə qeydə alınan azalmadan sonra 2026-cı ilin ilkin göstəriciləri ianə daxilolmalarının yenidən artım dinamikasına keçdiyini nümayiş etdirir. Bu tendensiya növbəti il üzrə audit olunmuş maliyyə hesabatlarında öz əksini tapacaq.

Eyni zamanda qeyd olunmalıdır ki, Fond investisiya fəaliyyəti çərçivəsində 2025-ci il ərzində ümumilikdə 96,911,491 AZN maliyyə gəliri əldə edib. Bunun 88,302,802 AZN-i borc qiymətli kağızlar üzrə, 8,608,689 AZN-i isə banklarda gündəlik gəlirli hesablarda yerləşdirilmiş vəsaitlər üzrə faiz gəlirlərinin payına düşür.

Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 29.94% artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 48.16%-dən 64.27%-ə qədər yüksəlib.

Bununla da, 31 dekabr 2025-ci il tarixinə Fondun cəmi aktivlərinin həcmi 7.5% və ya 122,1 milyon manat artaraq 1,739,869,260 AZN-ə çatıb.

2025-ci il ərzində ümumi, inzibati və sair əməliyyat xərclərində müşahidə olunan artım bərpa və yenidənqurma işlərinə yönəldilən dəstəyin həcminin genişlənməsi, habelə fandreyzinq və kommunikasiya fəaliyyətinin intensivləşməsi ilə bağlıdır.

Eyni zamanda qeyd olunmalıdır ki, 2025-ci il üçün Fondun hesablanmış mənfəət vergisi xərci 19,180,494 AZN təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 4,584,472 AZN (31.41%) çoxdur. Qeyd edək ki, ianələr mənfəət vergisinə cəlb edilmir — vergi yalnız Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərdən hesablanır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə açıqladığı siyahılara əsasən, Qarabağ Dirçəliş Fondu ölkənin 100 ən böyük vergi ödəyicisi sırasında hər iki istiqamət üzrə yer alıb, belə ki, Fond dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanan vergi öhdəlikləri üzrə 43-cü, ödənilmiş vergilərin ümumi məbləği üzrə isə 74-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinə əsasən, Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bu standartlara uyğun olaraq, Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Müşahidə Şurasının əsas vəzifələrindən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Avqust 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri