Icma.az
close
up
RU
Təminat Fondunda vəsaitin qalığı kəskin azalıb

Təminat Fondunda vəsaitin qalığı kəskin azalıb

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ildə Azərbaycanda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri gəlirlərini əhəmiyyətli üstələyib, əsas gəlir mənbəyi olan təkrar borc müqavilələri üzrə daxilolmaların icra səviyyəsi əvvəlki illərdə olduğu kimi aşağı olub, nəticədə Fondun vəsait qalığı hesabat ilinin sonuna kəskin azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, Təminat Fondunun vəsaitinin qalığı hesabat ilinin əvvəlinə 164,6 milyon manat, 495,6 milyon ABŞ dolları olmaqla, ümumilikdə 1 milyard 7,2 milyon manat təşkil etdiyi halda, hesabat ilinin sonuna 419,3 milyon manat təşkil edib. Yəni, Fondun vəsaiti 587,9 milyon manat azalıb.

Ötən il Təminat Fonduna 483,8 milyon manat, o cümlədən təkrar borc sazişləri üzrə 34,6 milyon manat, Dövlət Neft Fondunda (ARDNF) yerləşdirilmiş vəsaitlərə hesablanmış faizlərdən 28,5 milyon manat, dövlət zəmanətinin verilməsi ilə bağlı zəmanət haqqı üzrə daxilolmalardan 3,8 milyon manat, dövlət borcuna xidmət xərclərinin qənaət olunmuş hissəsindən 0,1 milyon manat, dövlət büdcəsindən 416,8 milyon manat vəsait daxil olub.

Hesabat ilində Təminat Fondunun xərcləri 463,3 milyon manat, 251,5 milyon ABŞ dolları, 99,1 milyon Avro (cəmi 1 milyard 71,7 milyon manat) təşkil edib və gəlirlərini 2,2 dəfə üstələyib. Təqdim edilən məlumatlara əsasən hesabat ilində Fonddan daxili dövlət borcunun faiz və diskont ödənişləri üçün 230,7 milyon manat, xarici dövlət borcu üzrə 308,8 milyon manat (126,4 milyon manat əsas borc ödənişləri, 182,4 milyon manat faiz ödənişləri), bir sıra dövlət müəssisələrinin dövlət zəmanəti əsasında cəlb etdikləri kreditlərə vaxtında xidmət göstərə bilməməsi səbəbindən ümumilikdə 299,2 milyon manat, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) buraxdığı dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər üzrə 219 milyon manat, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə ayrılmış dövlət zəmanətli kreditlərin bağlanması məqsədilə 13,8 milyon manat, sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə ayrılmış kreditlər üzrə əsas borc öhdəliyi sahibkarlıq subyektləri tərəfindən vaxtında yerinə yetirilmədiyindən həmin məqsəd üçün 0,2 milyon manat vəsait ödənişlərə yönəldilib.

2024-cü ildə təkrar borc sazişləri üzrə daxilolmaların cəmi 34,6 milyon manat təşkil etməsi, proqnozlaşdırılan 593,7 milyon manata nisbətən cəmi 5,8 % həddində reallaşması bu mənbənin effektivliyində ciddi problemlərin mövcudluğunu göstərməkdədir.

Qeyd olunan tendensiyanın əvvəlki illərdən davam etməsi (2023-cü ildə – 7,4 %, 2022-ci ildə – 19,4 %, 2021-ci ildə – 13,4 %) təkrar borc sazişlərinin idarəetmə mexanizmlərinin optimallaşdırılmasını və borc qaytarma intizamının gücləndirilməsini zəruri edir.

Hesabat ilində Fondun xərclərinin gəlirlərini əhəmiyyətli üstələməsi onun əsas funksiyalarını yerinə yetirməsini çətinləşdirərək, dövlət borcu və zəmanətli kreditlər üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi riskini artırmaqdadır.

Bununla yanaşı, Fondun vəsaitinin azalması gələcəkdə dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasını zəruri edə bilər ki, bu isə ümumi fiskal balansın pozulması və büdcə kəsirinin artması riskini yüksəltməkdədir. Fondun maliyyə sabitliyinin təmin olunması məqsədilə xərclərin optimallaşdırılmasının, dövlət zəmanətli borcların idarə edilməsi və qaytarılması mexanizmlərinin gücləndirilməsinin, eləcə də təkrar borc sazişləri üzrə daha effektiv mexanizmlərin yaradılmasının prioritet istiqamət kimi qiymətləndirilməsi qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri