Icma.az
close
up
RU
Qarabağ FKSB səddini keçə biləcək? AÇIQLAMA

Qarabağ FKSB səddini keçə biləcək? AÇIQLAMA

Icma.az, Metbuat saytına istinadən bildirir.

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" doğma meydanda Rumıniyanın FKSB ilə üz-üzə gələcək.

Maraqlıdır, "Qarabağ" necə bir klubla qarşılaşır və qalib gəlmə şansı nə qədərdir? Oyunçularımız, eləcə də azarkeşlərimiz nələrə hazır olmalıdırlar?

Bu barədə futbol eksperti Aslan Kərimov Metbuat.az-a açıqlamasında bildirib ki, Rumıniya futbolunda bütün yaxşı oyunçuların çoxu bu klubdan çıxıblar:

“Rəqibimiz Rumıniyanın "Styaua" klubudur. Adı ilə bağlı məhkəməli bir prosesdən keçirlər deyə qısa olaraq belə yazılır və onlar yeni formatda olan Avroliqada çıxışları ilə 11 xal toplayıblar. Bu, onların gücündən xəbər verir, ən azından autsayder deyillər. Ancaq 11 xal toplamaqlarına baxanda Avroliqada olan “Tottenham”, “Ayaks” kimi klublara qarşı oynamayıblar. Oynadıqları “Hoffenhaym” ilə bərabərə qalıblar. Daha sonra “Reyncers”sə 0-4 hesabı ilə məğlub olublar. Ən azından top səviyyəli - “Tottenham”, “Lion”, “Ayaks” kimi klublarla müqayisə olunası deyillər. Amma bu xalı toplamalarında əsas açar nöqtələr onların daha balanslı oynamalarıdır. Lazım olanda qapalı oynamağı da, bütöv komanda ilə müdafiə olunmağı bacarırlar və əks hücumlarda çox effektli ola bilirlər”.

A.Kərimov qeyd edib ki, "Styaua"nın əsas iki oyunçusu oynamayacaq və o cümlədən “Qarabağ”ın da əsas silahlarından biri Juninyo bu oyunda yoxdur. Bu, hər iki komandanın şanslarını bərabərləşdirir:

“İstənilən halda düşünürəm ki, azarkeşlər oyun üslubu olaraq "Styaua"nı bir az qapalı görəcəklər. “Qarabağ” daha dominant çıxış edəcək, topu özündə saxlamağa çalışacaq ki, bu, onların ümumi oyun üslublarıdır. Zənnimcə, topa sahib olmada “Qarabağ” rəqibindən daha üstün olacaq və belə olan halda yüzdə yüz qol imkanları yaranacaq. Yalnız təhlükə gözlədiyimiz şeylər rəqibin əks hücumlarıdır. Çünki “Qarabağ”, ələlxüsus da liqada qarşılaşdıqları bütün oyunlarda öndə pressinq edərkən və yaxud özlərində olan topu itirdikdə tez bir zamanda bunun qarşısını ala bilmirdilər. Yəni hücuma meyilli oyunçuların müdafiədəki təzyiqi kifayət qədər effektli deyildi deyə “Qarabağ” hər zaman qapısında qollar görürdü və yaxud da təhlükəli qol imkanları yaranırdı”.

Ekspertin sözlərinə görə, “Qarabağ”ın “Braqa” və “Leverkuzen” ilə oyunlarına baxsaq, görərik ki, bütün komanda ilə müdafiə olunmağı bacarırlar:

“Hətta cərimə meydançamızın içində belə öndə oynayan elə Juninyo, Zubir, Andrade, Benzia yüksək pressinqlə seçilən oyunçulardır. Juninyo bir neçə epizodda müdafiəçilərdən pressinq edib, topu alıb bir dəfə qırmızı vərəqə qazandırdı, daha sonra qol vurduğu epizodlar olub. Bu üslubda oynayanda qalib gəlməyi bacarıblar. İndi FKSB ilə oyunda da top itkisi zamanı bu cür davranmaları lazımdır. Bunun öhdəsindən gəldikləri halda hesab edirəm ki, oyun qələbə və yaxud heç-heçə hesabla bitəcək. Rumıniyanın oyun üslublarına baxası olsaq, nisbətən ikinci nömrə ilə oynamağa çalışacaqlar. Bəlkə ikinci zonada pressinq eləsinlər və yaxud ola bilsin ki, “Qarabağ”ı yüksək presinq etsinlər. Amma hər halda daha çox toplu olan tərəf “Qarabağ” olacaq. Mən qələbə qazanacağımıza ümidliyəm”.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri