Qarabağ iki yeni oyuncu aldı ADLAR
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az Qol.az-a istinadən xəbər verir ki, həmin futbolçulardan biri Taofik İsmahildir.
Nigeriyalı 26 yaşlı bu futbolçu sol vingerdir. Müqavilə ilə Polşanın "Qurnik Zabje" klubuna məxsus olan İsmahil son mövsümü icarə əsasında "Lex" komandasında keçirib. O, ötən mövsüm Polşa Ekstraklasası (yüksək liqa), UEFA Konfrans Liqası və Polşa Kuboku da daxil olmaqla 41 oyunda meydana çıxıb, dörd qol vurub, beş qolun ötürməsini edib.
Transfer edilən digər futbolçu isə Reda Xadradır. O, hücumameyillli orta xətt futbolçusudur. Bundan başqa, sağ və sol vinger kimi də oynaya bilir. Reda Almaniyanın U-21 və U-19 millilərində də çıxış edib. Müqavilə ilə Fransanın "Reyms" klubuna məxsus olan Reda son mövsümü icarə qaydasında Liqa 1 təmsilçisi "Havr"da keçirib (8 oyun).
Hər iki futbolçunun artıq Bakıda olduğu və tezliklə onlarla müqavilə imzalanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 27 Avqust 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















