Qarabağ ın baş direktoru Jeremi Qnali ilə bağlı son vəziyyəti açıqladı
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Qarabağ"ın fransalı cinah müdafiəçisi Jeremi Qnalinin taleyinin necə olacağı futbol ictimaiyyətini maraqlandıran məsələlərdən biridir. Baş məşqçi Qurban Qurbanovun UEFA Konfrans Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin oyunları üçün adını sifariş ərizəsinə salmadığı arxa xətt oyunçusunun icarəyə verilməsi gündəmdədir. "Köhlənlər"in baş direktoru Əmrah Çəlikəl ilə əlaqə saxlayıb Qnali ilə bağlı son vəziyyəti soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu gün üçün Qnalinin icarəyə verilməsi gündəmdə deyil. Baş məşqçi onu Avropa Liqasının oyunlarında heyətdə görmək istəməyibsə, deməli, indiki hazırlıq səviyyəsindən razı qalmayıb. Sabah necə olacağını zaman göstərəcək. Onu deyə bilərəm ki, Jeremi üçün hər hansı icarə təklifi almamışıq. Bu futbolçu komanda ilə məşq edir".
Xatırladaq ki, ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 2-ci pillədə başa vuran "Qarabağ" Azərbaycanı UEFA Avropa Liqasında təmsil edir. Turnirin 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını hər iki matçda 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdıran "köhlənlər" 2-ci təsnifat mərhələsinin Bakıda reallaşan birinci duelində ÇSKA (Sofiya, Bolqarıstan) ilə qolsuz bərabərliyə razılaşıb. Tərəflərin Sofiyadakı cavab oyunu iyulun 30-da olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 27 İyul 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















