Qarabağ ın Çempionlar Liqasındakı rəqibi Napoli prezidenti Aurelio De Laurentiis zədələrə görə UEFA və FİFA nı tənqid edib
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Napoli" prezidenti Aurelio De Laurentiis oyunçularının milli komanda oyunlarında aldıqları zədələrə görə UEFA və FİFA-nı tənqid edib. Partenopei artıq bu mövsüm Romelu Lukaku və Kevin De Bruyneni itirib və indi Rahmanii və Zambo-Anguissa zədəli oyunçular siyahısına qoşulur.
"Rrahmanini Albaniya milli komandasına göndərdim və o, tamamilə sarsılmış vəziyyətdə qayıtdı. Anguissa da eyni vəziyyətdə qayıtdı", - deyə De Laurentiis Motore Italia tədbirində jurnalistlərə bildirib.
"Biz belə davam edə bilmərik. Klub yarışları olanda onları beynəlxalq fasilələr olmadan başa vurmalıyıq. Daha az milli və daha az oyuna ehtiyacımız var.
Biz oyunçuların maaşlarını ödəyirik, ona görə də klublar onları beynəlxalq oyunlar üçün icarəyə verib-verməmək barədə qərar verməlidirlər. Əgər oyunçu milli komandada oynayarkən zədələnərsə, UEFA və FİFA transfer pəncərəsini açmalı və bizə kompensasiya ödəməlidir.
Görünür, UEFA və FİFA milli liqalarla heç maraqlanmırlar", -"Napoli" prezidenti bildirib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















