Icma.az
close
up
RU
Qarabağ ın qızıl dubl , bayquşlar ın Avropa arzusu Finala ön söz

Qarabağ ın qızıl dubl , bayquşlar ın Avropa arzusu Finala ön söz

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Aprelin 23-də Azərbaycan Kubokunun finalçıları bəlli oldu. Bakıda məskunlaşan bölgə komandalarının duelindən "Qarabağ", paytaxt derbisindən isə "Sabah" qalib ayrılaraq həlledici oyuna vəsiqə qazandılar. "Neftçi" ilə "Araz-Naxçıvan" isə kubok mübarizəsini dayandırdı... 
Beləliklə, mövsümün son oyunu ilklə yadda qalacaq. İndiyə qədər finalda yolları kəsişməyən "Qarabağ"la "Sabah" fərqli məqsədlər üçün meydana çıxacaqlar. Qurban Qurbanovun komandası ötən il qazandığı kuboku qorumaqla yenə "qızıl dubl" etməyə köklənəcəksə, "Sabah" elitadakı tarixi ərzində ilk tituluna can atacaq...

"Sabah": Asta başladı, usta irəlilədi

“Sabah” bir neçə ilə sığan keçmişi ərzində ilk dəfə Azərbaycan Kubokunun finalında iştirak edəcək. Vasili Berezutskinin baş məşqçisi olduğu kollektiv yarımfinalda “Neftçi” səddini keçməklə (2:1, 1:1) turnirin 33 illik tarixində finala adlayan 19-cu komanda ünvanına sahib çıxdı.
Əslində, "Sabah" ikinci cəbhə"də mübarizəyə inamsız başlamışdı. Yarışa 1/8 finaldan qoşulan "bayquşlar" həmin ərəfədə baş məşqçi dəyişikliyinə əl atmışdılar. "Turan Tovuz"la çempionatın 14-cü turuna təsadüf edən görüşdən (1:1) sonra qovulan Krunoslav Renduliçin postuna sahiblənən Berezutski tovuzlularla kubok matçına qədər vur-tut bir oyun keçirə bilmiş, debütünü reallaşdırmışdı. 
Tovuzdakı kubok qarşılaşması ağır alınmışdı. Tərəflər əsas vaxtda 2:2 oynamış, qalib penaltilər seriyasında bəlli olmuşdu.  


"Sabah" 1/4 finalda "Sumqayıt"la ilk qarşılaşmada da inamsız təsir bağışladı. Masazır təmsilçisi doğma meydanda rəqibinin müqavimətini qıra bilmədi (0:0). Ancaq üç həftə sonrakı cavab qarşılaşması "Sabah" üçün uğurlu alındı. Berezutskinin komandası yarımfinala darmadağınla adladı. 

"Neftçi" ilə yarımfinal mücadiləsini çətinləşdirən məqam hər ikisinin kuboka nicat yolu kimi baxması idi. Çempionatdan əlini üzmüş iki komandanın qarşılaşması böyük maraqla gözlənilirdi. "Sabah" rəqib meydanında qələbə qazanmaqla (2:1) final şanslarını əhəmiyyətli dərəcədə artırmışdı. Cavab oyununa qolla başlayan Berezutskinin komandası qələbəni əldən versə də, bu, yekun nəticədəki üstünlüyü dəyişmədi. "Bayquşlar" layiqli şəkildə finala yüksəldi.

"Qarabağ": 12-ci finala vəsiqənin taleyini 12 dəqiqəyə həll etdi

"Sabah"dan fərqli olaraq, "Qarabağ" yarımfinala qədər birnəfəsə irəlilədi. Qurban Qurbanovun komandası 1/8-də "Qəbələ"ni (2:0) mübarizədən kənarlaşdırdı. "Səbail"lə 1/4-dəki hər iki görüşdə də qələbə qazanıldı - 1:0, 3:1.
Ağdam təmsilçisinin "Araz-Naxçıvan"la ilk yarımfinal görüşünün nəticəsi çoxları üçün gözlənilməz oldu. Elmar Baxşıyevin komandası "köhlən atlar"ı məğlub etməyi (1:0) bacardı. Halbuki, tərəflər arasında bu mövsüm çempionatdakı 3 oyunun hamısında "Qarabağ" inamlı (4:1 2:0 3:1) qələbələr qazanmışdı. "Araz-Naxçıvan" cavab görüşündə də 65 dəqiqə ağdamlıların əsəbləri ilə oynadı. Ancaq sonrakı 12 dəqiqə aralığında 3 qol vuran "Qarabağ" finala darmadağınla adladı. 


Yeri gəlmişkən, “Qarabağ” 12-ci dəfə finala adlamaqla “Neftçi”ni (11) geridə qoyub rekordçu oldu. “Şamaxı” 6, “Xəzər Lənkəran” və “Qəbələ” 5, “Kəpəz” 4, “Bakı” 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” 2 dəfə yarımfinalı uğurla keçib. “İnşaatçı” (Bakı), “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı” (Sabirabad), “Xəzər” (Lənkəran) və “Karvan” isə “Sabah” kimi buna 1 dəfə nail olub.
2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb.

Finalın bir kubokdan daha çox olan önəmi

Əslində, "Qarabağ" kubok həyəcanını hamıdan çox yaşayıb, əvvəlki 11 finalın 8-də – 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində qənimətə sahib çıxıb, yalnız üç dəfə – 1995/1996, 1997/1998 və 1999/2000-dəki finallarda uduzub. Bu baxımdan, kubok "Sabah"a daha çox lazımdır. Belə desək, bakılıların mövsümdəki çıxışına mayın 31-dəki bir oyunla qiymət verəcək. Əliboş qalsalar, mövsüm bərbad, kubokla ayrılsalar, uğurlu hesab olunacaq. Axı finalçıya heç nə verilmir. Üstəlik, möcüzə baş verməsə, komanda Premyer Liqanı 5-ci pillədə başa vuracaq. 
"Qarabağ" üzərində qələbə "Sabah"a titul qazandırmaqla yanaşı, avrokuboklara vəsiqə verəcək. Həm də çempionatın gümüş və bürünc mükafatçılarından daha qiymətli vəsiqə. Azərbaycan Kubokunun qalibi Avropa Liqasına yollanacaq. Həm də turnirə ikinci təsnifat mərhələsindən qoşulacaq. Bu isə əhəmiyyətli üstünlük hesab olunur. Komanda AL-də uduzsa belə, Konfrans Liqasında mübarizəni davam etdirəcək. Necə ki, ötən il "Zirə" eyni şansdan yararlanmışdı.
Xatırladaq ki, "Qarabağ" kubokun qalibi olduğu halda, çempionatın ikincisi (indiki halda yenə "Zirə") Avropa Liqasına yollanacaq, üç (indiki halda "Araz-Naxçıvan") və dördüncü (indiki halda "Turan Tovuz") yerləri tutan komandalar Konfrans Liqasında iştirak edəcəklər. 

Yerli-əcnəbi dueli - 9-cu finalda tilsim qırılacaq?

Final yerli və əcnəbi mütəxəssislərin dueli kimi maraq daşıyır. Qurban Qurbanov rusiyalı Vasili Berezutski ilə münasibətlərinə aydınlıq gətirəcək.


Görüşü maraqlı edən məqam artıq iki dəfə üz-üzə gələn mütəxəssislərin duellərində qalibin müəyyənləşməməsidir. 16-cı və 24-cü turlara təsadüf edən hər iki qarşılaşma 1:1 nəticələnib. Bu baxımdan, tərəflərin 3 gün sonrakı görüşü - 32-ci turda baş tutacaq çempionat oyunu balansı dəyişmək baxımından fürsət kimi də dəyərləndirilə bilər, finalın məşqi kimi də.


İndiyə qədər finallarda 8 dəfə yerli və əcnəbi mütəxəssislərin duelinə şahidlik etmişik. Azərbaycanlı məşqçilər heç vaxt kuboku gəlmələrə güzəştə getməyiblər - 8-0.

2006-2007:  Ağasəlim Mircavadov - İqor Nakoneçnı / “Xəzər Lənkəran” - “MKT-Araz” (İmişli) 1:0
2007-2008. Ağasəlim Mirzavadov - Valentin Xodukin / “Xəzər Lənkəran” - “İnter” (Bakı) 2:0, əlavə vaxtda
2008-2009. Qurban Qurbanov - Kaxaber Tsxadadze / “Qarabağ” (Ağdam) - “İnter” (Bakı) 1:0
2009-2010: Ağasəlim Mircavadov - Cüneyt Biçər / “Bakı” - “Xəzər Lənkəran” 2:1
2012-2013: Böyükağa Hacıyev - Con Toşak / “Neftçi” – “Xəzər-Lənkəran” – 0:0, pen. - 5:3
2013-2014: Yuri Syomin - Böyükağa Hacıyev / “Qəbələ” – “Neftçi” – 1:1, pen. - 2:3
2016-2017: Qurban Qurbanov - Roman Qriqorçuk / “Qarabağ” – “Qəbələ” 2:0
2022-2023: Laurentsiu Regekampf - Elmar Baxşıyev / “Neftçi” – “Qəbələ” 0:1

33 il ərzində 3-cü dəfə 

Finala yeni inşa olunan Sumqayıt şəhər stadionu evsahibliyi edəcək. "Mehdi Hüseynzadə" 33 il ərzində üçüncü dəfə əlamətdar hadisəyə şahidlik edəcək. Birinci dəfə bu, 1993/1994 mövsümündə reallaşıb. İki bölgə komandasının - “Kəpəz”lə “Xəzər”in (Lənkəran) görüşü Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. 
24 il əvvəl - 2000-2001 mövsümündə isə “Şəfa” (Bakı) - “Neftçi” (Bakı) dueli bu stadionunda keçirilib ki, birincilər 2:1 hesabı ilə qalib gələrək "Neftçi"ni əliboş yola salıblar.


Azərbaycan Kubokunun finalları:

1992. “İnşaatçı” (Bakı) - “Kür” (Mingəçevir) 2-1, əlavə vaxtda
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

1993. “Qarabağ” (Ağdam) - “İnşaatçı” (Sabirabad) 1-0, əlavə vaxtda
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

1993/94. “Kəpəz” (Gəncə) - “Xəzər” (Lənkəran) 2-0
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu. 

1994/95. “Neftçi” (Bakı) - “Kür” (Mingəçevir) 1-0
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

1995/96. “Neftçi” (Bakı) - “Qarabağ” (Ağdam) 3-0
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

1996/97. “Kəpəz” (Gəncə) - “Xəzri” (Bakı) 1-0
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

1997/98. “Kəpəz” (Gəncə) - “Qarabağ” (Ağdam) 2-0
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

1998/99. “Neftçi” (Bakı) - “Şəmkir” 0-0 pen. 5-3
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

1999/2000. “Kəpəz” (Gəncə) - “Qarabağ” (Ağdam) 2-1
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2000/01. “Şəfa” (Bakı) - “Neftçi” (Bakı) 2-1
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu.

2003/04. “Neftçi” (Bakı) - “Şəmkir” 1-0, əlavə vaxtda
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2004/05. “Bakı” - “İnter” (Bakı) 2-1, əlavə vaxtda
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2005/06. “Qarabağ” (Ağdam) - “Karvan” (Yevlax) 2-1
Bakı. “Şəfa” stadionu. 

2006/07. “Xəzər Lənkəran” - “MKT-Araz” (İmişli) 1-0
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2007/08. “Xəzər Lənkəran” - “İnter” (Bakı) 2-0, əlavə vaxtda 
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2008/09. “Qarabağ” (Ağdam) - “İnter” (Bakı) 1-0
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2009/10. “Bakı” “Xəzər Lənkəran” 2-1
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2010/11. “Xəzər Lənkəran” “İnter” (Bakı) 1-1, pen. 4-2
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2011/12.  “Neftçi” (Bakı) – “Bakı” 0-2
Bakı. "Dalğa Arena" stadionu. 

2012/13. “Neftçi” (Bakı) – “Xəzər-Lənkəran” 0-0, pen. 5-3
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2013/14. “Qəbələ” – “Neftçi” (Bakı) 1-1, pen. 2-3
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2014/15. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) 3-1
Qəbələ şəhər stadionu. 

2015/16. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) 1-0, əlavə vaxtda
Bakı. T.Bəhramov adına Respublika stadionu. 

2016/17. “Qarabağ” (Ağdam) – “Qəbələ” 2:0
Naxçıvan şəhər stadionu

2017/18. “Keşlə” (Bakı) – “Qəbələ” 1-0
Qəbələ şəhər stadionu

2018/19. “Qəbələ” – “Sumqayıt” 1-0
Naxçıvan şəhər stadionu

2019-20. yarımçıq dayandırılıb

2020/21. “Keşlə” (Bakı) – “Sumqayıt” 2:1
Masazır stadionu.

2021/22. “Qarabağ” (Ağdam) – “Zirə” (Bakı) 1-1, pen. 4-3
Qəbələ şəhər stadionu

2022/23. “Neftçi” (Bakı) – “Qəbələ” 0-1
Bakı. "Baksell Arena"

2023/24. “Qarabağ” (Ağdam) – “Zirə” (Bakı) 2-1
Mərdəkan. "Dalğa Arena"

2024/25. “Qarabağ” (Ağdam) – “Sabah” (Bakı)
Sumqayıt şəhər stadionu

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:485
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri