Icma.az
close
up
RU
Dünya mediası: Qarabağ ın Avropa arzusu davam edir

Dünya mediası: Qarabağ ın Avropa arzusu davam edir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" komandası üzərində qazandığı tarixi qələbə (3:2) xarici mətbuatda geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Avropanın bir sıra nüfuzlu aparıcı idman nəşrlərində Azərbaycan çempionunun doğma meydanda əldə etdiyi zəfər barədə materiallar dərc olunub.

Nüfuzlu “BeIN Sports” beynəlxalq idman kanalları şəbəkəsi matçın statistikalarını və geniş icmalını təqdim edərək Ağdam təmsilçisinin pley-off şanslarını necə artırdığına diqqət çəkib. Qeyd edilib ki, “Qarabağ” son dəqiqə qolu ilə Çempionlar Liqasındakı pley-off ümidlərini artırdı. Bəhlul Mustafazadənin 90+4-cü dəqiqədə vurduğu qol, Kamilo Duranın dublu və "Qarabağ"ın oyun boyu göstərdiyi əzmkarlıq ön plana çıxarılıb.

Britaniyanın məşhur BBC yayım şirkəti 28 yaşlı müdafiəçinin oyunun taleyini həll edən zərbəsini xüsusi qeyd edərək, onun bu turnirdə qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşdüyünü yazıb. BBC “Qarabağ”ın bu qələbə ilə Avropanın ən güclü 24 komandası sırasına daxil olmaq yolunda nəhəng bir addım atdığını bildirib.

Afrika və Avropada geniş izləyici kütləsi olan “SuperSport” nəşri "Qarabağ” son saniyə qolu ilə almanları məyus etdi" ifadəsini işlədib.

Asiyanın ən böyük xəbər portallarından biri olan “CNA” “Reuters” agentliyinə istinadən qələbənin "Qarabağ"ın turnir cədvəlindəki mövqeyini (18-ci pillə) necə möhkəmləndirdiyindən yazıb.

Dünyanın ən çox oxunan idman nəşrlərindən olan “Sky Sports” və “Eurosport” B.Mustafazadənin qolunu "dramatik sonluq" kimi xarakterizə edib.

Almaniya Bundesliqasının rəsmi saytı olan Bundesliga.com dərc etdiyi rəsmi hesabatda bu məğlubiyyəti "Ayntraxt" üçün ağır zərbə kimi qiymətləndirib. Frankfurt klubunun 2:1 hesabı ilə öndə olduğu halda üstünlüyü əldən verməsi və Bakıdakı atmosferin rəqib üçün nə qədər çətin olması xüsusi vurğulanıb.

İngilis dilində yayımlanan “Türkiye Today” portalı "Qarabağ"ın Avropa arzusunun davam etdiyini vurğulayıb.

Türkiyə millisinin üzvü Can Uzunun vurduğu qolun belə almanları xilas edə bilməməsi diqqətə çatdırılıb.

Beynəlxalq idman xəbərləri platforması olan “VAVEL” Tofiq Bəhramov adına Respublika stadionundakı ab-havanı xüsusi qeyd edib. Stadionda matç boyu möhtəşəm coşqunun hökm sürdüyündən bəhs olunub. "Qarabağ"ın bu qələbə ilə turnir cədvəlində 18-ci pilləyə yüksəlməsi "Avropa nağılının davamı" kimi təsvir edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri