Icma.az
close
up
RU
Qarabağ ın UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmə şansı nə qədərdir?

Qarabağ ın UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmə şansı nə qədərdir?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında çıxış edən təmsilçimiz "Qarabağ" iki turdan sonra altı xalla altıncı yerdə qərarlaşıb.

Bəs görəsən, təmsilçimizin pley-offa yüksəlmə şansı nə qədərdir?

Oxu.Az təmsilçimizin növbəti mərhələyə çıxma şansı barədə ekspertlərin fikirlərini öyrənib.

İdman jurnalisti Kənan Məstəliyev bildirib ki, "Qarabağ"ın növbəti mərhələyə yüksəlmə şansı az deyil.

"Çünki təmsilçimiz artıq növbəti mərhələyə adlamaq potensialında olduğunu təkcə bizə yox, dünyaya və Avropaya göstərdi. İstər "Benfika", istər "Kopenhagen" üzərindəki qələbələr göstərdi ki, "Qarabağ" fərdlər üzərində deyil, sistem üzərində qurulmuş bir komanda ilə uğur qazanmağa çalışır. Bu sistem illərdir formalaşıb, hər il də möhkəmlənməyə doğru gedir. Düşünürəm ki, bu sistemlə "Atletik Bilbao", "Ayntraxt Frankfurt", "Ayaks" kimi komandalara qarşı oyunlarda maksimum xal qazanmaq olar. "Çelsi" və "Liverpul", eləcə də "Napoli" kimi nəhəng komandalardan isə qazanca biləcəyimiz bir xal böyük uğur sayılacaq. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdim ki, "Qarabağ"ın bundan sonrakı oyunlarda dörd-beş xal toplamaq ehtimalı var və bu da təmsilçimizə növbəti mərhələyə yüksəlmək şansı verəcək".

Jurnalist bildirib ki, ötən mövsüm 11 xal toplayan komandalar pley-off mərhələsinə keçməyi bacarmışdı:

"Bu il, hətta 10 xalın belə pley-off mərhələsi üçün yetərli olacağını düşünürəm. Vacib olan həmin 10 xalı yığmaqdır. Fikrimcə, "Qarabağ"ın öz meydanında keçirəcəyi "Ayntraxt Frankfurt" və "Ayaks"a qarşı oyunlarda lazım olan xalı toplaya biləciyik. Buna da qeyd etdiyim kimi, gücümüz və potensialımız var. Qurban Qurbanov kimi böyük mütəxəssisin rəhbərliyi altında "Qarabağ" bu işin öhdəsindən gələ bilər".

Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq məşqçisi Arif Əsədov isə bildirib ki, "Qarabağ"ın iki oyunda da qələbə qazanması onu göstərir ki, artıq komanda olaraq UEFA Çempionlar Liqasında oynamağa adaptasiya olublar:

"Xüsusilə səfərdə "Benfika" üzərində qazanılan qələbə göstərdi ki, komandada özünəinam var. "Kopenhagen"lə keçirilən oyunun ilk hissəsindən artıq "Qarabağ"ın daha inamlı oynadığını gördük. Rəqibin ikinci hissədə dəyişikliklərdən sonra təzyiqi artırmasına rəğmən "Qarabağ" hesabı qorumağı bacardı. Bu baxımdan deyə bilərəm ki, təmsilçimizin pley-offa yüksəlmə şansı var. Təbii ki, bu qələbələrdən sonra rəqiblər "Qarabağ"a daha da ciddi yanaşacaq. Lakin buna baxmayaraq düşünürəm ki, "Qarabağ" daha bir neçə xal toplaya bilər və hazırkı vəziyyətə görə deyə bilərəm ki, "Qarabağ"ın növbəti mərhələyə yüksəlmək üçün böyük şansı var".

"Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev qeyd edib ki, "Qarabağ"ın topladığı 6 xal bunu deməyə əsas verir ki, pley-off mərhələsinə keçmək üçün böyük şansı var:

"Əvvəlcədən proqnoz vermək çətindir. "Qarabağ"ı qarşıda çətin oyunlar gözləyir. Rəqiblər güclü komandalardır, ümumiyyətlə, Çempionlar Liqasında zəif rəqib olmur. Ümid edirəm ki, "Qarabağ" bu möhtəşəm uğura imza atacaq. Təmsilçimizə uğurlar arzu edirəm".

Murad Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri