UEFA Konfrans Liqasındakı klublarımızın növbəti mərhələyə yüksəlmə şansı nə qədərdir?
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarından əvvəl klubların növbəti raunda yüksəlmə ehtimalı məlum olub.
Oxu.Az xəbər verir ki, "Football Meest Data" bu barədə araşdırma aparıb.
Azərbaycan təmsilçilərindən "Sabah"ın növbəti mərhələyə vəsiqə qazanma ehtimalı 37 faiz olaraq göstərilib. Bakı təmsilçisinin rəqibi olan Bolqarıstanın "Levski" klubunda bu rəqəm 63 faiz olub.
"Araz-Naxçıvan"a da az şans verilib. Naxçıvan klubunun pley-offa vəsiqə qazanma ehtimalı 36, Kiprin "Omoniya" kollektivində isə 66 faizdir.
Qeyd edək ki, "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da, "Araz-Naxçıvan" - "Omoniya" görüşü saat 20:00-da start götürəcək. Cavab qarşılaşmaları avqustun 14-də olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















