Icma.az
close
up
RU
“Qarabağ” Juninyo ilə də çempion olacaq, Juninyosuz da” braziliyalının gedişi...

“Qarabağ” Juninyo ilə də çempion olacaq, Juninyosuz da” braziliyalının gedişi...

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlərin ən populyar futbolçusu Juninyodu. Sirr deyil ki, “Qarabağ”ın braziliyalı ulduzunun İspaniya karyerası tezliklə start götürəcək. Onun “Sevilya”ilə müqavilə bağlamasınınn an məsləsi olduğu da gün kimi aydındı. İspaniya mətbuatında yer alan xəbərlərə inansaq, tərəflər maliyyə mövzusunda da ortaq məxrəcə gəlib, Juninyo artıq Azərbaycanı tərk edib, Sevilyada özünə ev də tutub. Bircə qalır klubların rəsmi açıqlaması...

Təbii ki, Juninyo karyerasında böyük tərəqqi edə bilər. “Qarabağ” isə bu transferdən həm pul, həm də imic baxımından qazanclı çıxacaq. O da var ki, bu səviyyədə mərkəz hücumçusunun getməsi “köhlən atlar” üçün böyük itkidi. “Qarabağ” Avropa Liqasındakı son iki oyunu da onsuz keçirməli olacaq. Braziliyalının yerinə kim transfer olunsa belə, ağdamlılar onun adını iştirak ərizəsinə sala bilməyəcək. Mümkün ayrılıqla bağlı bütün suallara aydınlıq gətirmək üçün tanınmış menecerlərdən Erkin İbrahimovla əlaqə saxladıq.
- İndi hər kəs özünü Juninyonun “Sevilya”ya keçidi xəbərinə hazırlayır. Bu transfer “Qarabağ”ın Avropa Liqasındakı son iki oyununa - "Olimpiakos” və FKSB ilə qarşılaşmalara necə təsir edəcək?
- Belə baxanda, “Qarabağ”ın Avropa Liqasında pley-off şansı yoxdu. Juninyo oldu, ya olmadı - fərq etmir. Onun əvəzində Nəriman Axundzadə oynasın. Hər bir halda itkidi. Oyun, nəticə baxımından itkidi. Ancaq pley-offa adlamaq şansı yoxdusa, Juninyo ilə və ya onsuz qrupda qalmağımızın fərqi yoxdu. Əlbəttə, “Qarabağ”da boşluq yaranacaq. Sadəcə, qlobal baxımdan heçnə dəyişməyəcək.
- Braziliyalının gedişi “Qarabağ”ı zəiflədə bilərmi?
- Onsuz da “Qarabağ” Azərbaycanda Juninyo ilə də çempion olacaq, Juninyosuz da. Avropada da həmçinin. Amma ayrı-ayrı oyunlarda çox hiss olunacaq. Ümumi nəticəyə isə böyük təsiri yoxdu. “Qarabağ” tək Juninyonu yox, 11 əsas heyət üzvünü meydandan çıxarıb ikinci heyətlə də çempion olar. Necə ki, ikinci heyətlə “Sabah”ı, “Neftçi”ni udur. Bunu hamı görür. Ehtiyatda qalanları, bir neçə nəfəri də əvəzedicilərdən götürsələr, yenə udacaqlar.
- Bəs “Qarabağ” Juninyonun yerini o səviyyədə mərkəz hücumçusu ilə doldura biləcəkmi?
- Juninyo özü Portuqaliyanın ortabab komandasından (2021-23 aralığında 81 oyun keçirib, 13 qol vurduğu “Şaveş”dən – red.) gəlib. Onda çox adam onu tanımırdı. Heç ulduz statusunda da deyildi. Eləcə də Kadi, Romao olsun. Gözləyirəm ki, Juninyonun yerinə ad-sanı olmayan, ancaq fayda verəcək futbolçu gətirilsin. Çünki “Qarabağ” artıq hamımızı buna öyrəşdirib.
- Ötən mövsüm olduqca uğurlu nəticələrdən sonra əsas heyət qorunsa da, güclü transfer görə bilmədik. İndi braziliyalının gedişi “Qarabağ”a fayda verəcək, yoxsa ziyan?
- Juninyonun transferi müəyyən mənada kömək edəcək. Çünki futbolçular  da görür ki, bir futbolçu “Qarabağ”dan “Sevilya”ya keçirsə, sabah bu yol onları da gözləyə bilər. Bəlkə də əvvəllər hansısa futbolçu “Qarabağ”a gəlmirdi. Yəni razılıq vermirdisə, bundan sonra razılıq verəcək. Bu həyatdı, futbolçu gəlir-gedir. Heyəti maksimum bir-iki il qorumaq olar. Onsuz da “Sevilya” kimi klublar “elçi düşəndə” futbolçunu saxlamaq qeyri-mümkündü.  İndi “Qarabağ”ın kifayət qədər vaxtı da var. Yay transferinə hazırlaşmaq olar. Məncə, “Qarabağ” tələsmədən, rahat seçim edə bilər.
- Hazırda “Qarabağ”ın “Astana”nın vingeri Usman Kamara ilə maraqlanması ilə bağlı iddialar var. Bu futbolçu ilə bağlı fikirləriniz?
- Açığı, bu futbolçunu görmüşəm. Bu xəbərə isə inanmıram. Bilirsiz, çox vaxt Azərbaycandan hansısa agentə və ya futbolçuya zəng vuranda yalan deyirlər. Məsələn, maraqlanan “Şamaxı”dı, amma deyir ki, “Qarabağ” məni istəyir. Təcrübəmdə dəfələrlə belə hallarla rastlaşmışam. Şəxsən mənim özümə bir neçə futbolçu yazıb ki, dostum, məni “Qarabağ” istəyir. Sonra araşdıranda məlum olur ki, heç “Qarabağ”ın xəbəri yoxdu, kimlərinsə oyunudu.  Düzdü, hər şey ola bilər. Amma fikrimcə, bu transfer real deyil.
- Juninyonun birbaşa “böyük beşlik” ölkəsinə keçidi “Qarabağ”a başqa hansı faydanı verəcək?
- Bundan sonra futbolçuları Azərbaycana gətirmək ikiqat asan olacaq. Sırf maliyyədən başqa əsas məqam da budu. Ən azı futbolçular da görür ki, “Qarabağ”dan nəinki “Krasnadar”a, elə “Sevilya” kimi komandaya da getmək olar. Bu transferin Azərbaycana faydası bu şəkildədi. Ölkəmizə gəlməyə tərəddüd edən futbolçular bundan sonra rahatlıqla gələcəklər.
RÖYANƏ OĞUZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri