“Qarabağ” klubunun rəsmisi: Juninyonun “Sevilya”ya keçməkdən imtina etməsini demək düzgün olmaz AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 8 yanvar, AZƏRTAC
“Juninyonun transferi təkcə onun qərarı ilə həll olunacaq məsələ deyil”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib.
O, bildirib ki, braziliyalı hücumçunun transferində təkcə bir klub maraqlı deyil: “Klublar həm bizimlə, həm də Juninyonun agenti ilə danışıqlar aparırlar. Onun “Sevilya”ya keçməkdən imtina etməsini demək düzgün olmaz. Bunu həmin vaxt demək olar ki, hər üç tərəf müqavilə imzalayır və oyunçu başqa komandaya keçir. Yaxın günlərdə hadisələrin inkişafı, danışıqların istiqaməti aydınlaşacaq”.
Qeyd edək ki, Olavio Juninyonu Braziliyanın “Flamenqo” və İspaniyanın “Sevilya” klubu transfer etmək istəyir.
Bu mövzuda digər xəbərlər:Juninyonun “Sevilya”ya transferi bitmək üzrədir
29 Dekabr 2024 11:01
Juninyonun “Sevilya”ya transferi tamamlanmaq üzrədir
03 Yanvar 2025 08:35
Juninyonun “Sevilya”ya keçidi baş tutmayacaq?
08 Yanvar 2025 01:18
Qurban Qurbanov: Juninyonun özü də “Sevilya”ya keçmək istəyir AZƏRTAC
19 Dekabr 2024 16:31
Juninyonun “Sevilya”ya mümkün transferində yeni detal
06 Yanvar 2025 16:56
Baxış sayı:107
Bu xəbər 08 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















