“Qarabağ” macar müdafiəçi ilə müqavilənin detallarını açıqladı
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Futbolpress.az xəbər verir ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi kluba transfer olunub.
Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandanın formasını geyinəcək.
MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.
Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində Komandanın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 İyul 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















