Icma.az
close
up
RU
“Qarabağ müharibəsinin bitdiyini düşünürsünüzsə, səhv edirsiniz” Venediktovun İrəvan təxribatı (FOTO)

“Qarabağ müharibəsinin bitdiyini düşünürsünüzsə, səhv edirsiniz” Venediktovun İrəvan təxribatı (FOTO)

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Tanınmış rusiyalı jurnalist, “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvana səfər edib.

“AzPolitika” xəbər verir ki, özünü müstəqil media mənsubu kimi göstərsə də, çoxdan Kreml təbliğatının bir parçasına çevrilmiş Venediktov İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyan başda olmaqla, bir çox rəsmilərlə, siyasətçilərlə və media nümayəndələri ilə görüşüb.

İrəvanda onun səfəri birmənalı qarşılanmayıb. Ona etiraz edənlər də, dəstəkləyənlər də olub. Ancaq medianın və siyasi cameənin əsas hissəsi onu riyakarlıqda ittiham edərək, bu səfərə neqativ reaksiya verib.

Venediktov İrəvan səfəri zamanı erməni kanallarından birinə müsahibə də verib və Kremlin təbliğat ruhuna uyğun olaraq, həmin müsahibsəində bir sıra təxribatçı və anti-Azərbaycan fikirlər səsləndirib.

O, erməni jurnalistə deyib ki, “Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz”. Onun dediyinə görə, Ruben Vardanyan və Azərbaycanda həbsdə olan digər erməni terrorçular və separatçı liderlərinin məsələsi həll olunmayıb.

O, Bakı təcridxanasında yatan Rusiyanın emissarı – milyarder Ruben Vardanyana “qəhmər” də çıxıb: “Bəs 120 min “qaçqın”, bəs Ruben Vardanyan və həbsdəki digər 18(?) nəfər?” Vardanyanın və digərlərinin azad edilməli olduğuna eyham vuran Venediktovun fikrincə, xüsusilə də Vardanyanı Azərbaycanın əlindən yalnız Donald Tramp ala bilər: “Bunu Tramp edə bilər. Ancaq bunun üçün ona kimsə izah etməlidir ki, Vardanyanı azad etmək çox lazımdır... Bunun üçün Trampla alver etmək lazımdır. Çünki Tramp alverçidir”.

Venediktov onu da deməyi unutmayıb ki, “Moskva hər zaman erməniləri (Azərbaycanlılara nisbətən-red.) daha yaxın hesab edib”. Bunun özü də qatı erməni millətçiliyinə, revanşistlərə və Moskvanın Ermənistandakı əlaltılarına açıq siqnaldır. Ancaq maraqlı olan belə bir təxribatçının, Kremlin təbliğat həşəratının Paşinyan hakimiyyəti tərəfindən yüksək səviyyədə qəbul olunmasıdır. Bu fakt bir daha onu düşünməyə əsas verir ki, Ermənsitanın indiki hakimiyyəti hər nə qədər bunu gizlətməyə çalışsa da, bir çox məsələlərdə öz mahiyyəti etibarilə əvvəlkilərin tayıdır.

Onu da əlavə edək ki, erməni jurnalistlərdən birinin paylaşımına görə, Venediktov hələ bir neçə il əvvəl, Qarabağ qondarma separatçı rejimin nəzarətində olanda Qarabağa səfərlər edib. Lakin bunu Azərbaycan tərəfindən gizlədib. Çünki daha sonra Azərbaycana səfərləri nəzərdə tutulub və bu səfərləri gerçəkləşdirib. Odur ki, qanunla Venediktovun da Azərbaycana girişinə qadağa qoymaq üçün ciddi əsaslar var.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri