Icma.az
close
up
RU
Qarabağ müharibəsinin qəhrəmanı Amil Şirinov əbədiyyətə qovuşdu

Qarabağ müharibəsinin qəhrəmanı Amil Şirinov əbədiyyətə qovuşdu

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş həkim-qazi Amil Famil oğlu Şirinov bu gün əbədiyyətə qovuşub. O, həm peşəsinə sadiq həkim, həm də silaha sarılmış vətən aşiqi idi. 

6 oktyabr 1958-ci ildə Şuşada doğulmuşdu. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra doğma şəhəri Şuşaya qayıtmış, Mərkəzi rayon hospitalında fəaliyyətə başlamışdı. Bu, onun vətənpərvər bir yol seçdiyini göstərirdi. 1983-cü ildə anestezioloji və reanimatoloji xidmətin təşkilatçısı və şəhərin ilk anestezioloqu olmuşdu. Anesteziologiya şöbəsində xüsusi qrupun rəisi vəzifəsi ona tapşırılmışdı. 

1988-ci ildə klinik ordinaturaya daxil olmaq üçün Bakıya gəldi. Yurd sevgisini ömür boyu ürəyində daşıyan Amil həkim Qarabağ hadisələri başlayanda bu məsələnin həlli üçün Moskvaya yola düşən ilk nümayəndə heyətinin rəhbəri idi. 

Birinci Qarabağ müharibəsi başlayanda, Amil Şirinov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyatxana şöbəsinin müdiri idi. Özü kimi həkim-reanimatoloq olan həyat yoldaşı Yeganə Abbasova ilə iki qiz övladı böyüdürdülər. Amma Amil həkimin başqa sevgisi də vardi - Vətən adında. O, torpaq itkisinin vurduğu yaraları ancaq onu geri alaraq sara bilərdi. Beləliklə, tərəddüd etmədən institutdakı yüksək vəzifəsini vətənin sıravi əsgəri olmağa dəyişdi, əlinə silah alıb torpaq uğrunda döyüşlərə atıldı. İki il boyunca ön cəbhədə, müharibənin ən qaynar nöqtələrində döyüşdü.

Dəfələrlə yaralandı, amma geri çəkilmədi. Müharibənin ən şiddətli vaxtında Ağdərədə tibb bacılarını xilas etməyə gedərkən qəzaya uğrayan maşının altında qalan döyüşçü həkim ağır xəsarət aldı.

Müharibəyə əvvəl əsgər kimi qatılan Amil Şirinov sonra həm də tibb xidmətinin kapitanı kimi fəaliyyət göstərdi. "Şuşa" qəzetinin "Xalq öz oğullarına güvənir" məqaləsində qeyd edildiyi kimi, tək bir il ərzində tibb xidmətinin kapitanı Amil Şirinovun rəhbərliyi və iştirakı ilə döyüş meydanlarından 575 yaralı, 28 şəhid çıxarılmışdı. 

Onun qəhrəmanlığı latviyalı jurnalist Tatyana Çaladzenin də diqqətini çəkmiş, müharibədən bəhs edən "Qarabağ: müharibə üzlərdə" adlı kitabında Amil Şirinov haqqında məqaləyə yer vermişdi. Müharibədə aldığı yaralar, qəlpələr ömrü boyu Amil Şirinovla bərabər yaşadı. Sağlamlığını itirən qazi-həkim bircə dəfə də giley-güzar etmədən bu izləri qürurla daşıdı.

Amil Şirinov təkcə Azərbaycanda deyil, beynəlxalq humanitar missiyalarda da öz peşəkarlığı və fədakarlığı ilə tanınmışdı. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi Sudanda cərrahiyyə xəstəxanasında çalışaraq silahlı münaqişələrdən zərər çəkmiş insanlara tibbi yardım göstərmiş, müharibə qurbanlarınını həyatını xilas etmişdi. 

Qarabağın azadlığı uğrunda sağlamlığını itirən, ömrünün sonunadək həmin yaraların ağrısını daşıyan qazi-həkimin xidmətləri dövlət tərəfindən qiymətləndirilib, o, bir çox nüfuzlu medallarla təltif olunub. Eləcə də, tibb sahəsində bir çox uğurlara imza atıb. Lakin Amil Şirinov üçün ən ali mükafat, ən qiymətli zəfər Şuşanın geri alınması oldu. Həyatının son illərində o, doğma şəhərini ziyarət etdi. 28 illik həsrətinə son qoydu, dağlara, daşlara həm ağrı, həm də qürurla baxdı. Bu görüş Amil Şirinovun doğma şəhərə son vidası oldu. 

Amil Şirinovun həyat yolu vətənə sədaqət, mübarizə əzmi və xalqına sonsuz bağlılıq nümunəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə əvəzsiz xidmətlər göstərmiş qəhrəmanlar sırasında Amil Şirinovun da adı daim dərin hörmət və qürurla çəkiləcək.

Ruhu qarşısında baş əyirik.


Günel Natiq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri